İdman
ÇOX OXUNANLAR
23-02-2022, 15:10 Oxunub: 2303
Xalq artisti Kamil Cəlilov vəfat edib
Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış qoboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlil oğlu Cəlilov ömrünün 84-cü ilində vəfat edib.Kamil Cəlilov 29 yanvar 1938-ci il tarixində Bakı şəhərində anadan olub. O, Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu ilə fərqlənən mahir qoboy ifaçısı olub.
Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənib və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib.
İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kollektivlə birgə Kamil Cəlilov Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər ölkələrində milli musiqi sənətimizi məharətlə təbliğ edib.
Uzun illər ərzində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.
Kamil Cəlilov milli mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə dövlət tərəfindən daima diqqət və qayğıyla əhatə olunub, Əməkdar artist, Xalq artisti fəxri adlarına, habelə Prezident təqaüdünə layiq görülüb. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.
Kamil Cəlilovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







