İdman
ÇOX OXUNANLAR
23-02-2022, 14:30 Oxunub: 2610
Nərimanov rayonunda xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən 7 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də 274 ədəd psixotrop tərkibli həb çıxarılıb.Həyata keçirilən ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Aqil Baxşəliyevdən aldığını bildirib.Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilırək götürülüb. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olunub.
Nərimanov rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşul olan Elazə Mustafeyeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Bu şəxslərdən də müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.
Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə alıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







