4-08-2022, 14:01 Oxunub: 2254

Jurnalist Araz Zeynalov dəfn edilib - YENİLƏNDİ (FOTO)



















Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalov dəfn edilib.


Mərhumun cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 12:09

Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilir.

Mərasim mərhumun yaşadığı ünvanda - Yasamal rayonu Hüseyn Cavid 46 ünvanında baş tutub.

Mərasimdə media təmsilçiləri, jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Araz Zeynalovun qardaşı  Aqşin  Zeynalov  açıqlamasında bildirib ki, qardaşı ürəktutmadan dünyasını dəyişib.

“İnfarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirdik. Orada məlum oldu ki nə zamansa koronavirusa da yoluxubmuş”, - o söyləyib.

Aqşin Zeynalov bildirib ki, qardaşı ömrünün son günlərinə qədər medianın inkişafı üçün əlindən gələni əsirgəməyib.

Vidadan sonra mərhumun nəşi Yasamal qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq.

Qeyd edək ki, Araz Hidayət oğlu Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

O, “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında çalışıb.

A.Zeynalov avqustun 3-də uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

report

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir Gündəm / Mədəniyyət Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Gündəm / Sosial Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət Vurğun Əyyubla vida mərasiminin yeri AÇIQLANDI Vurğun Əyyubla vida mərasiminin yeri AÇIQLANDI Gündəm / Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim