26-08-2022, 09:31 Oxunub: 2247

Məşhurlarımız harada və necə istirahət edirlər - SORĞU























Yay fəslində bütün sahələr kimi şou-biznes əhli də istirahətə yollanır. Onlar da məzuniyyətin nə qədər vacib olduğunu anlayırlar. Məşhurların hər biri fərqli formada istirahət edir. Çoxları da xaricdə dincəlməyi üstün tutur. Bəs görəsən yerli məşhurlar istirahət edə bilirlər?


Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, ən gözəl istirahətini doğma Şuşada edib.

"Yay istirahətimiz normal keçir. Bilirsiniz ki, bu xəstəlik bizdən hələ də tamamilə əl çəkməyib. Ona görə də insanların çox olduğu yerlərə getmirik, özümüzü qoruyuruq. Ən gözəl istirahətim mənim bu il Şuşada olduğum günlərim olub. O abu-hava ilə yaşayıram. Hərdən elə bilirəm ki, Cıdır düzündə gəzirəm, Şuşada yağış yağır, hər axşam Şuşanın havasına baxıram. İnşallah tezliklə yenə də gedərəm" deyə sənətkar bildirib.

Əməkdar artist Gövhər Rzayeva hələ də istirahət edə bilmədiyini bildirib.

"Hələ istirahət edə bilməmişəm, şəhərdəyəm. Hər yer istidir, hara gedim? Gərək pul olsun ki, adam getsin. Sözün düzü imkan da yoxdur. Görək də başımıza nə gəlir" deyə o bildirib.

Müğənni Sevda Sanaliyeva isə övladları ilə istirahətə üstünlük verib.

"Ölkədən kənara çıxmamışıq, sadəcə rayonlarda, bir neçə istirahət mərkəzində dincəlmişik. Təbii ki, övladlarımla birlikdə idim. Onların istirahəti elə bizim istirahətimizdir. Allah bütün balaları qorusun" deyə müğənni bildirib.

Əməkdar artist Könül Kərimova hazırda Rusiyada olduğunu bildirib.

"Hazırda ailəmlə birlikdə Rusiyada, Moskva şəhərindəyəm. Burada bir-iki işim var, onları yoluna qoyandan sonra Yessentukiyə, ordan da İstanbula istirahətə yollanacam. Hamıya xoş istirahətlər arzulayıram" deyə müğənni bildirib.

Müğənni Roza Zərgərli iş ilə istirahəti bir yerdə etdiyini bildirib.

"Həm işlədim, həm də istirahət etdim. Amma istirahətim hələ də davam edir. Ölkə xaricində də oldum, Azərbaycanda da. İstirahətdən qayıdandan sonra sizə ətraflı məlumatlar verəcəm" deyə sənətçi bildirib.

moderator.az

8 Martda 1 saata 15 min manat qazanan müğənni - Şou əhli toyları tədbirlə əvəz edir? 8 Martda 1 saata 15 min manat qazanan müğənni - Şou əhli toyları tədbirlə əvəz edir? Mədəniyyət Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Əməkdar artistdən etiraz: “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür” Əməkdar artistdən etiraz: “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür” Gündəm / Mədəniyyət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim