İdman
ÇOX OXUNANLAR
17-01-2020, 23:42 Oxunub: 2267
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov: İslahatlar təkan verir
Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi, siyasi və kadr islahatları ilə yadda qaldı. 2020-ci il isə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə başlayır.Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Media.Az-a müsahibəsində ölkədə baş verən hadisələri dəyərləndirərək fikirlərini bölüşüb:
“Hesab edirəm ki, müsbət dəyişikliklər baş verir. Həm siyasi, həm də iqtisadi sahədə aparılan bütün islahatları dəstəkləyirəm. Dəyişikliklər həcmlidir, onlar Azərbaycanda son 20 ildə yaradılan əsaslara söykənir.
Gələn qonaqlar ölkəmizdə baş verən dəyişikliklərə heyran qalırlar. İslahatlar iqtisadiyyatın və siyasətin müxtəlif sahələrinə təkan verir. Və bu proseslər əhalinin bütün təbəqələri tərəfindən dəstəklənir. Bütün bu məsələlərin həlli Azərbaycan cəmiyyətində rifahın yüksəlməsinə səbəb olur”.
- Növbədənkənar parlament seçkiləri barədə nə düşünürsünüz? Artıq cəmiyyətin müxtəlif sahələrindən çox sayda namizəd var...
- Əlbəttə ki, bu, artıq öz nəticəsini verən müsbət məqamdır. İctimaiyyət seçkiləri özünü ifadə etmək üçün fürsət kimi qəbul edib. Özlərini siyasətdə sınamaq istəyən gənclərin axını, böyük həvəsi sevindirici haldır. Bu işdə uğurlar diləyirəm.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







