İdman
ÇOX OXUNANLAR
21-01-2020, 22:19 Oxunub: 2420
Ən az və ən çox namizəd olan dairələr
Parlament seçkiləri ilə əlaqədar 2431 nəfər deputatlığa namizəd olmaq üçün müraciət edib. Onlardan 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 1560 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Oxu.Az ən az və ən çox deputatlığa namizədliyi qeydə alınmış dairələrin TOP-5-liyini hazırlayıb.
1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan seçki dairələrində deputatlığa üç namizəd qeydə alınıb.
5 saylı Şahbuz-Babək seçki dairəsində dörd, 6 saylı Culfa-Babək seçki dairəsində beş, 7 saylı Ordubad-Culfa seçki dairəsində dörd nəfərin namizədliyi qeydə alınıb.
Ən çox deputatlığa namizəd isə 16 saylı Yasamal ikinci seçki dairəsindən olub. Bu dairədən 26 nəfərin namizədliyinə “hə” deyilib.
13 saylı Xəzər-Pirallahı, 54 saylı Şabran-Siyəzən seçki dairələrinin isə hərəsindən 25 nəfərin namizədliyi qeydə alınıb.
Bu kateqoriyada 15 saylı Yasamal birinci seçki dairəsi 24 nəfərlə üçüncü yerdə qərarlaşıb.
44 saylı Sumqayıt-Xızı seçki dairəsi isə siyahıda dördüncü yerdədir. Bu dairədən 22 nəfərin namizədliyi qeydə alınıb.
29 saylı Səbail, 30 saylı Suraxanı birinci, 32 saylı Suraxanı üçüncü, 34 saylı Xətai ikinci, 87 saylı Ağsu-İsmayıllı seçki dairələrinin hər birindən 21 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







