İdman
ÇOX OXUNANLAR
29-01-2020, 20:52 Oxunub: 2360
Aleksandr Rar: “AB ilə Avropa “təlimatları” çərçivəsində əməkdaşlıqdan imtina edən İlham Əliyev haqlıdır”
Bu gün Moskvada Alman politoloq-beynəlmiləlçi, “Valday” Klubunun üzvü Aleksandr Rarın Rusiyada yayımlanmasına qədər Almaniyada bestseller olmağı bacaran “2054: Putinin kodu” kitabının təqdimat mərasimi keçirilib.Təqdimatdan sonra Aleksandr Rar “Vestnik Kavkaza” nəşrinə müsahibəsində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın daxil olduğu “Şərq Tərəfdaşlığı” Avropa layihəsinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
O hesab edir ki, AB ilə Avropa “təlimatları” çərçivəsində qarşılıqlı əməkdaşlıqdan imtina edən Azərbaycan Prezidenti İlham Əliyev haqlıdır:
“Mənə elə gəlir ki, Avropa Birliyi Rusiyaya qarşıdurma mövzusunu “Şərq Tərəfdaşlığı” konsepsiyasından çıxarmaqla öz mövqeyini dəyişməlidir. Postsovet məkanının müəyyən ölkələrini Rusiya Federasiyasının orbitindən, Avrasiya İttifaqından Avropaya çıxartmağa cəhd etmək olmaz.
Bu, heç bir yerdə, nə Gürcüstanda, nə də Ukraynada alınmadı. Əksinə, yeni problemlər, o cümlədən, Ukraynada müharibə ortaya çıxdı. Buna görə Avropa Birliyi, mənə elə gəlir ki, yeni yanaşmalar, yeni bir konsepsiya tapmalıdır. Üstəlik, “Şərq Tərəfdaşlığı” layihəsinin yaradılması dövründə mövcud olmayan Avrasiya İttifaqı da indi güclənməkdədir.
Düşünürəm ki, nə Ermənistanı, nə Azərbaycanı, nə də Ukraynanı Avropa Birliyinə və NATO-ya qəbul etməyəcəklər. İndi bu ölkələr Avropa Birliyi ilə münasibətləri necə quracaqlarına özləri qərar verməlidir.
Azərbaycan isə hələ Avrasiya İqtisadi Birliyi ilə də münasibətləri necə quracağını anlamalıdır. Ermənistan həm orada, həm də burada özü üçün faydalı mövqeləri axtaracaq. Mənə elə gəlir ki, yekunda Ukrayna da həm Qərbə, həm də Şərqə yönələcək”.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







