İdman
ÇOX OXUNANLAR
16-07-2020, 19:35 Oxunub: 2335
Yeni nazir təyin olunduqdan sonra XİN-dən İLK AÇIQLAMA: - Azərbaycan nəticəyə yönəlik danışıqları dəstəkləyir
16 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində yenidən mövqelərimizə hücum cəhdi olub, Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərində mülki yaşayış infrastrukturları iriçaplı silahlar və artilleriya qurğularından istifadə etməklə atəşə tutulub.
XİN-dən APA-ya verilən məlumata görə, davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun bir hərbi qulluqçusu həlak olub.
“Qanlı təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və gücdən istifadə etməklə yeni təcavüz aktları həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Bir daha bəyan edirik ki, bölgədəki gərginliyin yeganə səbəbkarı Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu hərbi işğal altında saxlayan, yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarını pozan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa əngəl törədən Ermənistandır.
Öz iflasa uğrayan daxili siyasətini ört-basdır etmək üçün, təcavüzkar xarici siyasəti möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalına görə daşıdığı məsuliyyətdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdi edən Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan beynəlxalq tanınmış ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaq.
Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu hər zaman bəyan edib, lakin bu danışıqların sonsuz olaraq davam etməsi anlamına gəlməməlidir. Azərbaycan nəticəyə yönəlik danışıqları dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən də məhz bu istiqamətdə vasitəçilik səylərini gözləyir.
Cəbhədə yaranmış gərginlik və onun doğura biləcəyi bütün nəticələrin məsuliyyəti tam olaraq Ermənistan rəhbərliyinin üzərindədir”, - deyə məlumatda qeyd olunub.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







