İdman
ÇOX OXUNANLAR
5-03-2021, 17:46 Oxunub: 2284
Səttar Möhbalıyev: “Azərbaycan Heydər Əliyevin fövqəlbəşər zəkasından əbədi bəhrələnəcək”
“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən qurumun Bakıda fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsinin imzalanması Heydər Əliyev dühasının daha bir təntənəsidir. Məlumdur ki, bu təşəbbüs vaxtilə ulu öndərimiz tərəfindən irəli sürülmüşdür. Bu isə o deməkdir ki, Heydər Əliyevin fövqəlbəşər zəkası həqiqətən də zaman və məkan anlayışlarına tabe deyil və onun ideyaları əbədi olaraq Azərbaycanın rifahına xidmət edəcək.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili həmçinin bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçıları Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsində əldə olunmuş qələbə münasibətilə təbrik etməklə ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu bir daha təsdiq etmiş, Azərbaycanın transmilli layihələrdə aparıcı rolunu vurğulamışlar: “Martın 4-də keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə qeyd olunmalıdır ki, Təşkilata üzv dövlətlərin rəhbərləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Pakistanın Baş naziri İmran Xan, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur və digərləri Azərbaycan Prezidenti cənab İlham Əliyevi Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə təkrar təbrik etməklə ölkəmizin daim artan beynəlxalq nüfuzunu bir daha təsdiqləmiş oldular. Bu münasibət bütün dünyaya təkrar nümayiş etdirir ki, Azərbaycanın bu gün güvənilə biləcək dostları var və bu dostlar birbaşa Prezident İlham Əliyevin səyləri, həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində əldə olunmuşdur. Eyni zamanda da Azərbaycan bu gün artıq bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Dövlət başçısının da öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında dinlənilən çıxışlar da bu həqiqəti bir daha təsdiq etmiş oldu.”
Daha sonra Səttar Möhbalıyev İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsinin imzalanması barədə fikirlərini bölüşərək bunları dedi: “Məlum olduğu kimi İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin yaradılması ideyası ulu öndər Heydər Əliyevə məxsusdur. Uzun illər sonra bu təşəbbüsün hələ də öz aktuallığını qoruyub saxlaması və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr kimi nüfuzlu dövlətlərin başçıları tərəfindən birmənalı olaraq dəstəklənməsi sözsüz ki, ilk növbədə ulu öndərimizin fövqəl uzaqgörənliyindən, onun ideyalarının ölməzliyindən xəbər verir. Heç bir şübhə yoxdur ki, İƏT-in Tədqiqat Mərkəzinin nizamnaməsinin imzalanması Heydər Əliyev dühasının daha bir parlaq təntənəsidir. Bu məqamda mən xüsusi olaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xitabən söylədiyi sözləri qeyd etmək istərdim. Əfqanıstan lideri dedi: “Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.” Bu iki cümlə əslində özündə daşıdığı böyük həqiqətləri necə də məharətlə ifadə etmişdir. Azərbaycan xalqı həqiqətən də öz Prezidenti ilə fəxr edir. Azərbaycan xalqı öz Prezidentinə inanır, güvənir, etibar edir və sonsuz etimad göstərir. Azərbaycan xalqı hər zaman öz Prezidentinin ətrafında sıx birlikdə, Azərbaycan Prezidenti isə hər zaman öz xalqının yanındadır. Bu birlik daima Azərbaycanı parlaq qələbələrə doğru aparacaq və ümummilli liderimiz Heydər Əliyevin də ruhu bu qələbələrdən hər zaman şad olacaq.”
aia.az
XƏBƏR LENTİ
14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş… 14:09 | İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov 18:31 | Təbrik edirik! 11:19 | Şərəfli ömür yolu 09:38 | Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı 09:35 | Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO 22:54 | Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa… - TƏFƏRRÜAT 22:51 | PƏNCƏRƏLƏR 10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR