İdman
ÇOX OXUNANLAR
17-05-2021, 15:21 Oxunub: 2363
Qaragöllə bağlı razılaşmanın detalları - Təcili

Sərhədlə bağlı danışıqlar başa çatıb, Azərbaycan və Ermənistan razılığa gəliblər.
Müxtəlif erməni mənbələri razılaşma ilə bağlı bəzi detalları da yayımlayır:
- Azərbaycan Ermənistanın tələb etdiyi formada tamamilə geri çəkilməyib: Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir;
- 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq;
- Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq;
- Vardanes və Geqarkunik istiqamətində isə sərhədlə bağlı hələlik razılıq olmayıb.
Bu, erməni mənbələrin iddia etdiyi razılaşmadır. Razılaşma ilə bağlı ən maraqlı şərhi "Hraparak” nəşri yazıb.
"Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”, - nəşr yazır.
Qeyd edək ki, bundan öncə Dirçələn Ermənistan Partiyasının sədri Vaqe Akopyan hər iki tərəfin Qaragöldə üzbəüz 4 post quracağı haqda razılaşma olduğu haqda məlumat yaymışdı.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







