İdman
ÇOX OXUNANLAR
14-06-2021, 16:31 Oxunub: 2235
YAP Mərkəzi Aparatında Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib

İyunun 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib. YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, təhsilimizin inkişafında xüsusi xidmətləri olan, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasında özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli ziyalı və dəyərli alimimiz olaraq Şahlar Əsgərov uzun illərdir ki, Azərbaycan elminin tərəqqisinə samballı töhfələr verir, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Tahir Budaqov qeyd edib ki, Şahlar Əsgərovun Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyi də danılmazdır. Belə ki, o, xalqımızın, dövlətimizin müqəddəratının həll olunduğu bir dövrdə ulu öndər Heydər Əliyevə tarixi müraciət edən 91 ziyalımızdan biridir. Şahlar Əsgərov həmçinin, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşkilatlanma prosesində fəallıq göstərib, bir ziyalı kimi üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Uzun müddət YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi uğurlu fəaliyyət göstərib, hazırda isə YAP Veteranlar Şurasının üzvü olaraq partiyamızın həyatında yaxından iştirak edir.
Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Şahlar Əsgərovu hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən professor Şahlar Əsgərov partiyanın VII Qurultayında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, bundan sonra da üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.
Qeyd olunub ki, Şahlar Əsgərovun çoxşaxəli və zəngin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, 1999-cu ildə "Şöhrət" ordeninə, 2001-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







