12-07-2021, 12:36 Oxunub: 52394

“Tovuz döyüşləri hərb tariximizin ən şanlı səhifələrindən biridir”

Tamam Cəfərova: "Bu döyüşlər ordumuzun qüdrətini, xalqımızın birliyini bir daha nümayiş etdirdi”

 

"Tovuz döyüşləri hərb tariximizin ən şanlı səhifələrindən biridir və əsrlər sonra da qürur hissi ilə xatırlanacaq”.

 

Bunu  açıqlaamsında millət vəkili Tamam Cəfərova bildirib. Millət vəkili qeyd edib ki, Tovuz döyüşləri ordumuzun və xalqımızın ən mühüm keyfiyyətlərini üzə çıxartmaqla yanaşı, böyük zəfərə gedən yolda da mühüm mərhələ oldu:

 

"2020-ci ilin Tovuz döyüşlərini xarakterizə edən bir sıra mühüm məqamlar var ki, bunlardan biri Azərbaycan ordusunun cəsarət və qətiyyəti, onun öz torpağı, ərazi bütövlüyü uğrunda sona qədər mübarizə aparmaq əzmi ilə bağlıdır. Məlum olduğu kimi, ötən ilin 12-16 iyul döyüşlərində Azərbaycan ordusunun generalı Polad Həşimov başda olmaqla, daha 11 hərbçimiz düşmənlə mübarizədə qəhrəmancasına şəhid oldu, bununla da sadəcə işğalçı Ermənistana deyil, bütün dünyaya Azərbaycan insanının öz vətəni uğrunda canından keçməyə hazır olmasının mesajını verdi.

 

Tovuz döyüşləri Azərbaycan xalqını hərəkətə gətirdi, cəmiyyətin bütün təbəqələrini bir amal uğrunda birləşdirdi. Şəhdilərini böyük coşğu və ehtiramla qarşılayan Azərbaycan xalqının minlərlə qəhrəman övladı düşmənlə döyüşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət edərək könüllü şəkildə cəbhəyə getmək arzularını ifadə etdilər.

 

Torpaqlarımızı işğal altında saxlayan düşmənin azğınlığı dövlətimizin səbr kasasını daşıran son damlalardan biri oldu. Nəticədə, 2020-ci ilin 27 sentyabr tarixində düşmənin ordumuza qarşı törətdiyi təxribat cəhdlərini uğurlu əks-hücum əməliyyatına çevirən Azərbaycan Silahlı Qüvvələri, cəmi 44 gün içində düşməni darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü təmin  etdi. Ermənistan rüsvayçı şəkildə məğlub oldu, onun hərbi potensialının 80%-i məhv edildi. Azərbaycan ordusu bütün şəhidlərimizin qisasını açıq hərb meydanında alaraq düşmənə tarixi dərs verdi.

 

Bu baxımdan, Tovuz döyüşlərinin mili hərb tariximizdə əlahiddə rola malik olduğu birmənalıdır və bu döyüşlərin hər bir iştirakçısı əsrlər sonra da xalqımız tərəfindən dərin minnətdarlıq və rəğbət hissi ilə yad ediləcək”.

 

Tovuz döyüşlərindən 1 il ötür Tovuz döyüşlərindən 1 il ötür Gündəm Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” Siyasət "Bir qaşıq su tapmıram” - Tək oğlunu şəhid verən ana məmur özbaşınalığından fəryad edir... "Bir qaşıq su tapmıram” - Tək oğlunu şəhid verən ana məmur özbaşınalığından fəryad edir... Sosial DÖVLƏT  YOL   POLİSİNİN  QANUNSUZ  ƏMƏLLƏRİNƏ  KİM  SON  QOYACAQ...? DÖVLƏT YOL POLİSİNİN QANUNSUZ ƏMƏLLƏRİNƏ KİM SON QOYACAQ...? Gündəm / Sosial "Rusiya hər zaman Ermənistanın müttəfiqi olub"- Millət vəkili "Rusiya hər zaman Ermənistanın müttəfiqi olub"- Millət vəkili Gündəm / Dünya
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim