İdman
ÇOX OXUNANLAR
15-07-2021, 17:41 Oxunub: 2221
Aqiyə Naxçıvanlı: “Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”
"2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan və 2019-cu ildən təşkilata sədrlik edən Azərbaycan son illər Hərəkatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransında videoformatda etdiyi çıxışında da qeyd olunduğu kimi, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur və Azərbaycan bu təşkilata sədrlik etməyə başladığı gündən beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Millət vəkili Azərbaycanın bu gün də sağlam və effektiv əməkdaşlığa xidmət edən yeni təşəbbüslərlə çıxış etdiyini vurğulayaraq bunları deyib: "Bu gün bəşəriyyəti təhdid edən ən təhlükəli məqamlardan biri sözsüz ki, COVİD-19 pandemiyası ilə bağlıdır. Lakin etiraf etmək lazımdır ki, 2019-cu ilə qədər də dünya bir çox istiqamətlərdə böhranlar yaşamaqda idi. Məhz buna görə də Azərbaycan hər zaman öz təşəbbüslərində bu problemlərin həllinə kompleks şəkildə yanaşmanı təklif edib. Belə ki, çətinliklərin bir-biri ilə sıx əlaqəli olduğu nəzərə alınaraq, ölkəmizin sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Bütün bunlar haqqında öz çıxışında ətraflı məlumat verən möhtərəm Prezidentimizhəmçinin qeyd edib ki, sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.”
Həmçinin Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrə, eləcə də Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrə maliyyə yardımları göstərməklə qlobal pandemiya dövründə öz humanitar missiyasını yüksək məsuliyyətlə icra edir: "Azərbaycan pandemiya ilə mübarizədə digər dünya ölkələrinə öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilib. Ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində indiyədək 30-dan çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Qeyd edək ki, bu məbləğin yarısı məhz Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulub. Ölkə Prezidenti cənab İlham Əliyev konfransdakı çıxışında bir daha vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək. Qeyd olundu ki, pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı.”
Daha sonra Aqiyə Naxçıvanlı Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizə verdikləri siyasi-mənəvi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini də vurğuladı: "Azərbaycan ötən il Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurmaqla həm də Qoşulmama Hərəkatın gündəliyində duran vacib məsələlərdən birini uğurla həll etmiş oldu. 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Bütün bu müddət ərzində Ermənistan aparıcı beynəlxalq təşkilatların qətnamə və tələblərinə məhəl qoymurdu. Əlbəttə ki, belə olan tədbirdə Azərbaycan təşəbbüsü öz əlinə almalı oldu. 2020-ci ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı növbəti irimiqyaslı hərbi hücumuna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altındakı ərazilərin böyük bir hissəsini qısa zamanda azad edib. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Bununla da Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etdi. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Belə ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Qoşulmama Hərəkatının ölkəmizə verdiyi ən önəmli dəstək isə öz ifadəsini BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycana qarşı qərəzli bəyanat qəbul etmək cəhdlərinin qarşısının alınmasında tapdı. Belə ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların "Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edir.
İstənilən halda, Dağlıq Qarabağ münaqişəsi başa çatıb və bu gün bütün dünya artıq bilir ki, Qarabağın və 30 il işğal altında olmuş digər ərazilərin əsil sahibləri geri qayıdıblar. Həmdə bu möhtəşəm qayıdış əbədidir və artıq heç bir qüvvə bu reallığı dəyişməyə cəhd edə bilməz.”
aia.az
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb