İdman
ÇOX OXUNANLAR
12-08-2021, 13:50 Oxunub: 42267
Aqiyə Naxçıvanlı: Bəşəriyyətin COVID-19-dan yeganə xilas yolu total vaksinasiyadan keçir
aia.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, əslində, bütün dünyada pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədi məhz vaksin tapılan vaxta qədər insan tələfatını minimuma endirmək idi. Pandemiyanın tamamilə aradan qaldırılması isə yalnız kütləvi peyvənd olunma yolu ilə baş tuta bilər. "Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha səmərəli nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölklər də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirib. Lakin bu günümüzün reallığı ondan ibarətdir ki, bəşəriyyətin COVID-19 virusundan yeganə xilas yolu yalnız və yalnız total vaksinasiyadan keçir. Məlumdur ki, Azərbaycan Cənubi Qafqaz regionunda əhalinin vaksinasiyasına start verən ilk ölkə olub. Dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmizi vaxtında daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib və bu gün dünyada peyvənd preparatlarının defisiti yaşandığı halda belə ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır”, - deyə deputat qeyd edib.
İnsanların peyvənd məsələsinə son dərəcə məsuliyyətlə, ciddi yanaşmalı olduqlarını vurğulayan Aqiyə Naxçıvanlı deyib: "Bu, danılmaz faktdır ki, vaksin vurulması həm insanın özünü, həm də ətrafındakıları yoluxucu xəstəliklərdən qorumaq üçün ən yaxşı, bəzi hallarda isə yeganə üsuldur. O cümlədən bu gün dünyanı təhdid edən COVID-19 virusu ona yoluxmuş insanı bir və ya iki həftə xəstə etməklə, həmin xəstənin qohumları, uşaqları və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Hətta gənc və sağlam insanlar da xəstələnə və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Halbuki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan ən təhlükəsiz vasitədir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi tədbirlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər isə immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir”.
Deputat bir daha bütün xalqımızı vaksinasiya prosesində son dərəcə fəal və məsuliyyətli olmağa çağırıb. Qeyd edib ki, çünki bu, cəmiyyətimizin normal həyata dönə bilməsi üçün yeganə yoldur.
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









