11-09-2021, 17:51 Oxunub: 122195

"Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü pozmağı qarşısına məqsəd qoyub"

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni rəhbəri Mixail Kosobkov artıq işə başlayıb.
 
General-leytenant Rüstəm Muradovu əvəz edən Kosobkovun tərcüməyi-halına nəzər yetirdikdə, onun Qarabağdan öncəki fəaliyyəti diqqət çəkir. Rus generalla bağlı axtarışlar zamanı əldə olunan məlumatlar onun MDB məkanında ərazi mübahisələri olan əksər bölgələrdə xidmət etdiyini göstərir.
 
Belə ki, Kosobkov 2015-2017-ci illərdə Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Rusiyanın 7-ci hərbi bazasının komandiri olub. Bundan başqa,  Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında Rusiya Hərbi Dəniz Qüvvələrinin komandir müavini vəzifəsində çalışıb.
 
Son vaxtlara qədər Kosobkov Rusiyanın Şimali Qafqaz və Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsini əhatə edən 58-ci Ümumqoşun Ordusunun komandir müavini olub.
 
Rusiyanın Qarabağa göndərdiyi yeni komandanın xidmət etdiyi münaqişəli bölgələrdə separatçı rejim rəhbərləri ilə isti münasibətlər qurması heç kimə sir deyil. Əlbəttə, bu məqam onun Qarabağa təyinatında müəyyən suallar və narahatlıqlar doğurur.
 
 Rusiya niyə məhz Kosobkovu Qarabağa göndərdi?
 
Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a bildirib ki, Kosobkovun təyinatı Azərbaycanla razılaşdırılmalı idi. Onun fikrincə, Azərbaycan general-mayor Mixail Kosobkovun dərhal vəzifədən azad edilməsini tələb etməlidir.
 
"Kosobkov vəzifəyə başlayan kimi dərhal Ermənistana qaçdı. Ermənistanın Müdafiə Nazirliyi ilə görüşdü, onlardan təlimat aldı. Yeni komandan Rüstəm Muradovdan da betər olacaq. Ona görə də Rusiya tərəfinə Kosobkovun geri çağırılması tələbi qoyulmalıdır. O, birinci Azərbaycana gəlməli, özünü təqdim etməli idi. Kosobkov vaxtilə Gürcüstanın parçalanmasını rəsmiləşdirib, separatçılara dəstək olub. Bütün bu proseslər onu göstərir ki, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü pozmağı qarşısına məqsəd qoyub”.
 
Sülhməramlılardan niyə razı deyilik?
 
Hərbi ekspert suala cavabında deyib: "Rusiyanın ATƏT-in Minsk qrupunun yeni həmsədri Bakıya gəlib, XİN rəhbəri Ceyhun Bayramovla görüşdü. Guya, bu görüş tanışlıq məqsədi daşıyırdı. Sonra Ermənistanda separatçıların başçısı ilə görüşdü. O kim idi ki, özbaşına görüşsün? Aydın məsələdir ki, buna tapşırığı Putin və Lavrov verib. Putin son zamanlar özünü siyasətçidən çox kriminal aləmin üzvü kimi aparır.  Bizim yeni gələn sülhməramlıdan gözləntimiz olmalı deyil. Əksinə bu adam regiona gəlməklə burada vəziyyəti daha da gərginləşdirəcək. Rüstəm Muradovun vəzifə müddəti altı aylıq idi, amma onun fəaliyyəti bir ilə qədər artırıldı. Onun dövründə biabırçılıqlar o qədər çox idi ki, Şoyqunun vasitəsilə geri çağırıldı. Rüstəm Muradov Qarabağda rüşvətxorluqla məşğul olurdu. Azərbaycan bu məsələni elə qoymalıdır ki, Kosobkov geri çağırılsın”.
 
Üzeyir Cəfərov iddia edir ki, Kosobkovun Qarabağa göndərilməsi Rusiya tərəfindən Azərbaycan və Gürcüstanın əlaqələrini pozmaq məqsədi daşıyır:
 
"Bəlkə də bunu çox adam bilmir. Amma bu adam Gürcüstanın işğal olunmuş ərazisində separatçıları silahlarla təmin edib, indi də Azərbaycana gəlib. Bu təyinat Azərbaycan ilə razılaşdırılmalı idi, çox təəssüf ki, Rusiya bunu etmədi. Rusiya özünü saymazyana aparır. Düşünür ki, hərəkətləri həzm olunacaq. Amma yanılırlar. Belə getsə, Azərbaycanda daha çox nifrətə sahib olacaq. Onlar bu gedişlə bəzi prosesləri idarəolunmaz hala gətirmək istəyirlər”.
 
Xatırıladaq ki, 2020-ci il noyabırn 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya əsasən, Qarabağda 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Lakin sülhməramlıların xidmət vaxtının uzadılması barədə iddialar səngimir. Belə ki, bu yaxınlarda Qarabağdakı xidmətini başa vuran general-leytenant Rüstəm Muradov sülhməramlı kontingentin Qarabağda yerləşmə müddətinin uzadılacağını bəyan edib:
 
"Rusiya sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Bəzi çox çətin məsələlər də var, amma insanların qayıdışı, digər problemlər həllini tapır. Ona görə də hər şeyin yaxşı olacağını düşünürəm. Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”.
 
Onu da bildirək ki, Muradovun iddiası Azərbaycan, Rusiya və Ermənistan tərəfindən hələ ki rəsmən təsdiqlənməyib.
Rusiyanın müdafiə naziri Ermənistana səfər etdi Rusiyanın müdafiə naziri Ermənistana səfər etdi Gündəm / Dünya Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO Gündəm / Siyasət Azərbaycanın qonşuları - Ermənistanın himayədarları - FOTO Azərbaycanın qonşuları - Ermənistanın himayədarları - FOTO Siyasət Paşinyanın "müqəddəs" kitabı... - Kazimirov erməniləri necə dəstəkləyir? Paşinyanın "müqəddəs" kitabı... - Kazimirov erməniləri necə dəstəkləyir? Gündəm / Dünya Rusiyanın YENİ PLANI - Putin göstəriş verdi Rusiyanın YENİ PLANI - Putin göstəriş verdi Gündəm / Dünya