29-11-2021, 12:37 Oxunub: 52474

“Soçi bəyanatı erməni təxribatlarına və revanşist qüvvələrə ən layiqli cavabdır”

Cəlil Xəlilov: "Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın qələbəsi bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə məcburdur”

 

"Soçi bəyanatı Azərbaycanın dövlət başçısının növbəti siyasi-diplomatik qələbəsidir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bidlirib. Sədr müavini qeyd edib ki, bu bəyanat Azərbaycanın hərbi müstəvidə olduğu kimi, diplomatik platformada da söz sahibi olduğunu göstərir:

 

"Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan kapitulyasiyaya bərabər razılaşma imzaladı. Həmin razılaşmaya əsasən Ermənistan işğalda saxladığı digər ərazilərdən öz qoşunlarınıə geri çəkməyə hazır olduğunu bildirdi. 2021-ci ilin 11 yanvar bəyanatı ilə isə regionda bütün nəqliyyat kommunukasiyaların açılması ilə bağlı tərəflərin razılığı elan edildi.  Lakin hər zaman təxribat və avantüralara meyilli olan Ermənistan bu dəfə də bölgədə müyyən gərginliklər yaratmağa cəhd edir, Zəngəzur dəhlizinin açılmasına, nəqliyyat kommunukasiyasının canlanmasına mane olurdu. Ancaq cari ilin 26 noyabr tarixində Soçidə imzalanan bəyanatla Ermənistan hər iki bəyanatın – həm 10 noyabr, həm də 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq etdi ki, bu da dövlətimiz adına çox böyük uğurdur.

 

Onu da qeyd edim ki, bu bəyanat sadəcə diplomatik müstəvidə deyil, həm də hərbi müstəvidə qazanılan zəfərin nəticələrini möhkəmləndirməyə xidmət edir. Hansı ki, bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur”.

 

Cəlil Xəlilov qeyd edib ki, 26 noyabr bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə layiqli cavabdır:

 

"Soçi bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə, o cümlədən erməni təxribatlarına ən layiqli cavab kimi də xarakterizə edilə bilər. Çünki bu bəyanatla Ermənistan bundan öncəki bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiqlədi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi həqiqətən bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə, bu reallıqlarla barışmağa məcburdur”.

Kamaləddin Qafarov: “26 noyabr Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir” Kamaləddin Qafarov: “26 noyabr Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir” Siyasət Aqiyə Naxçıvanlı: “26 noyabr Bəyanatında Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi tam olaraq öz əksini tapıb” Aqiyə Naxçıvanlı: “26 noyabr Bəyanatında Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi tam olaraq öz əksini tapıb” Siyasət Azərbaycan bölgədə sülhün təminatçısıdır Azərbaycan bölgədə sülhün təminatçısıdır Gündəm Səttar Möhbalıyev: “Azərbaycanın həyata keçirəcəyi layihələrə Ermənistanın daha çox ehtiyacı var” Səttar Möhbalıyev: “Azərbaycanın həyata keçirəcəyi layihələrə Ermənistanın daha çox ehtiyacı var” Siyasət “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı AFFA-nın — BƏYANATI Gündəm / İdman
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim