29-07-2022, 09:28 Oxunub: 2251

AMEA bitdi: Arif Həşimov gedir - Yeni rəhbər kim olacaq?



















Prezident İlham Əliyevin bu gün verdiyi fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının əvvəlki statusuna son verildi.


AMEA-nın 60-a yaxın institut, müəssisə və təşkilatından hazırda cəmi 11 institut və 3 qurum qalıb. Bu 14 qurum isə birbaşa humanitar sahə ilə bağlıdır.

İndi formalaşan bu qurumun “Azərbaycan Milli Elmlər Akademiyası” adlanması artıq mümkün deyil. Bu qurum ən yaxşı halda “Humanitar Akademiya” və yaxud “Humanitar Elmlər Assosiasiyası” adlana bilər və yəqin ki, ad dəyişimi də baş verəcək.

Digər tərəfdən, hazırda AMEA-nın prezident səlahiyyətlərini akademik Arif Həşimov həyata keçirir. Arif Həşimov texniki elmlər üzrə alimdir və onun indiki AMEA-da prezident olması mümkün deyil.

Yeni formalaşan və müvəqqəti olaraq AMEA adlanan quruma mütləq humanitar sahədən rəhbər gətirilməlidir. Hazırda humanitar sahə üzrə 11 institut içərisində tanınmış alimlər Nərgiz xanım Paşayeva, İsa Həbibbəyli və Gövhər xanım Baxşəliyevadır.

N.Paşayeva AMEA-da vitse-prezidentdir. Amma onun geniş statusu əlindən alınan quruma rəhbər gələcəyi ehtimalı çox zəifdir.

Digər vitse-prezident və Ədəbiyyat İnstitutunun rəhbəri İsa Həbibbəylinin və ya Şərqşünaslıq İnstitutunun rəhbəri Gövhər Baxşəliyevanın rəhbər gətiriləcəyi ehtimal olunur.

Həmçinin AMEA-nın hər biri ayda ən azı 2 000 manat əmək haqqı alan akademikləri, 1 200 manat alan müxbir üzvləri var. Akademik və müxbir üzvlərin sayı isə 200-ə yaxındır. Onlar yalnız bu elmi ada görə aylıq maaşlarına bu qədər əlavə alırlar. Müqayisə üçün deyək ki, fəlsəfə doktoru adına görə 60 manat, dosentliyə görə 100 manat, elmlər doktoru adına görə 100 manat və s. verilir.

Ehtimal ki, artıq AMEA statusu dəyişdiyi üçün öz akademik və müxbir üzvlərinə bu vəsaiti ödəmək imkanında olmayacaq və yaxud bu ödənişlərin miqdarına yenidən baxılacaq.

Bakupost.az

Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Hacı İsmayılov: Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qan-qaraçılıq yaradır Hacı İsmayılov: Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qan-qaraçılıq yaradır Gündəm / Mədəniyyət “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim