23-08-2022, 14:54 Oxunub: 2145

Prezidentdən mühüm SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Media haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı “Media haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Siyasət İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət İlham Əliyevdən 18 milyonluq SƏRƏNCAM İlham Əliyevdən 18 milyonluq SƏRƏNCAM Gündəm / Siyasət İlham Əliyev Tərtərlə bağlı sərəncam imzaladı İlham Əliyev Tərtərlə bağlı sərəncam imzaladı Bölgə Minlərlə insana ŞAD XƏBƏR - Prezident 13,4 milyon manat ayırdı Minlərlə insana ŞAD XƏBƏR - Prezident 13,4 milyon manat ayırdı Gündəm / Siyasət