1-09-2022, 11:29 Oxunub: 2232

İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi



















Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.


Məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu keçmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli fəaliyyəti və dünya miqyasında nüfuzunun gündən-günə artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur.

Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələri xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlanır. Bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istəyirəm.

Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

İlham Əliyev Ərdoğanı təbrik etdi İlham Əliyev Ərdoğanı təbrik etdi Siyasət Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim