22-06-2023, 14:16 Oxunub: 2121

Səhv ödənişlərə görə kompensasiya almaq, hətta faiz tələb etmək mümkün olacaq
















Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş təşkilatı istisna olmaqla digər ödəniş xidməti təchizatçılarına verilən ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir. Ödəniş xidməti təchizatçısı vəsait alanla bağladığı müqavilədə birbaşa debitləşmə ilə bağlı ödəniş əməliyyatlarının razılaşdırılmış tarixdə həyata keçirilməsinə imkan yaratmaq üçün vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vəsait alanla razılaşdırdığı tarixdə göndərilməsini təmin etməlidir.

Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsi istisna olmaqla, vəsait alanın xeyrinə ödəniş xidməti təchizatçısına daxil olan pul vəsaiti həmin əməliyyat günü vəsait alanın ödəniş hesabına mədaxil edilməli və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılmalıdır. Hesaba mədaxil edilməli olan pul vəsaitinin valyutası hesabda olan məbləğin valyutasından fərqli olduqda pul vəsaitinin hesaba mədaxil edilməsi müddəti ödəniş xidməti istifadəçisi ilə ödəniş xidməti təchizatçısı arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

Ödəyiciyə və (və ya) vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı, həmçinin ödəniş əməliyyatının icrasına cəlb olunan ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının məbləğini tam köçürməli və köçürülən məbləğdən xidmət haqqı tutmamalıdır, bu şərtlə ki, ödəniş xidməti istifadəçisi ilə ayrı hal razılaşdırılmasın. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə daxil olan pul vəsaitini vəsait alanın ödəniş hesabına mədaxil etməzdən əvvəl köçürülən məbləğdən xidmət haqqının tutulmasını vəsait alanla razılaşdıra bilər. Bu halda vəsait alana təqdim edilən məlumatda ödəniş əməliyyatının tam məbləği və köçürülən məbləğdən tutulan xidmət haqqı ayrıca qeyd olunmalıdır.

Ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.

Ödəyiciyə xidmət edən ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının vaxtında və düzgün icrasını sübut etdikdə vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alan qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına görə məsuliyyət daşıyır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı dərhal ödəniş əməliyyatı üzrə məbləği vəsait alanın ödəniş hesabına daxil etməli və ya ödəniş hesabı olmadıqda vəsait alanın sərəncamına verməlidir. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş və ya əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri qaytarır. Vasitəçi ödəniş əməliyyatının icra olunmamasına, səhv icra olunmasına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdıqda ödəniş xidməti təchizatçısına ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı xərclərinin müqabilində qarşılaşdığı zərərlərə görə kompensasiya ödəməlidir.

Vasitəçi ödəniş sərəncamının ödəyicinin ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən alındığını, ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını və onun tərəfindən baş vermiş texniki nasazlıq və ya digər çatışmazlığın təsirinə məruz qalmadığını sübut edə bilmədikdə ödəyicinin ödəniş sərəncamının icra edilməməsi, səhv icra edilməsi və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üçün məsuliyyət daşıyır.

Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməlidir. Ödəniş xidməti istifadəçisi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəniş xidməti təchizatçısından ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Mülki Məcəlləyə uyğun olaraq, faizlərin ödənilməsini tələb edə bilər.

Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatı üzrə və pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üzrə ödəyicinin tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda ödəyicini məlumatlandırmalıdır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına qanunla qadağan olunmayan məlumatları təqdim etməlidir.

Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR İqtisadiyyat Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət