İdman
ÇOX OXUNANLAR
21-05-2021, 08:30 Oxunub: 2340
“Bizim camaatı özbaşına qoymaq olmaz!“ - Seyran Səxavət

Son günlər cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri də isti hava şəraiti hökm sürdüyü halda maska qadağasının hələ də ləğv edilməməsidir.
Məlumdur ki, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də açıq havada yaxın təmas olmadığı təqdirdə maska taxmağın zəruri olmadığını bildirdi. Həmçinin həkimlər də qapalı məkanlarda, ictimai iaşə obyektlərində insanlar maskasız dolaşsa da, açıq havada belə bir məcburiyyətin olmasını absurd hesab edir.
Mövzu barədə Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət də epidemiya ilə bağlı qəbul edilən qərarlarda boşluqların olduğunu vurğulayıb:
"Məsələn, qapalı yerdə maskasız oturana heç nə demirlər, lakin açıq havada cərimələyirlər. Elə ötən dəfə biz özümüz də qapalı məkanda olduq, hamı maskasız idi, amma sosial məsafə gözlənilirdi. Düşünürəm ki, sıxlıq olmayan yerlərdə maska taxmaq tələb olunmamalıdır. Bunu polis yox, lap Allahın bacısı oğlu olsa da, heç kəs edə bilməz. Tutaq ki, mən səhrada gedirəm, kimi yoluxdura bilərəm? Ətrafda heç kəs olmadığı halda maska taxmağın qəti əleyhinəyəm. Metro tərəfdən bir uşaq keçirsə, mən də ondan 40 metr uzaqdayamsa, niyə maska taxmalıyam? Maska taxmaq hamımız üçün ağırdır. İnsan anadan maska ilə doğulmayıb ki! Məsləhət bilsə, Allah adamı maskalı yaradardı. Xatırlayıram, Prezident İlham Əliyev də bununla bağlı fikir bildirdi. Axı İlham Əliyev hər bir polisin yanında dura bilməz. Çölün düzündə bu nə maskabazlıqdır?”
Həmsöhbətimiz hesab edir ki, insanların çox olduğu yerlərlə bağlı həkimlər nə deyirsə, nə məsləhət görürsə, ona əməl etmək lazımdır:
"Bir şeyi də deyim ki, bizim bu camaatı özbaşına qoymaq olmaz. Elə camaatımızın bir sözü var. "Ölünü özbaşına qoysan, kəfəni yırtıb çıxar”,-deyirlər. Yəni bütün dünyada pandemiya hökm sürür, artıq ortada təcrübə var. Nəfəsin tıncıxırsa, evində otur. Təzədən neçəncisə dalğa gələcəksə, maska ilə ölmək hamısından yaxşıdır. Çünki hər yeni dalğa neçə-neçə insanın ölümünə səbəb olur. Ortayaşlı insanlarımızı aparır. Bazarda, marketlərdə maska vacibdir. Düzdü, mənə də maska taxmaq çətindir, amma qorunmaq üçün bunu etməliyik. Gigiyena qaydalarına əməl olunmalıdır. Spirt və sabundan mütəmadi olaraq isdtifadə etməliyik. Bizim xalqın onsuz da sabuna münasibəti həmişə normal olub axı!”.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







