İdman
ÇOX OXUNANLAR
25-05-2021, 13:47 Oxunub: 142343
Peyvəndin iki dozasını vurduranlara sertifikat veriləcək

"Azərbaycanda növbəti mərhələdə, təxminən, 10 faizə yaxın əhali vaksinasiyadan keçib. Ölkədə 18 yaşdan yuxarı hamı vaksin oluna bilər. Bunu nəzərə alaraq yeni bir sənəd tətbiq olunur”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdə deyib.
"Bu sənəd COVID pasport adlanır. O iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsi ilə çıxışı var. Eyni zamanda, icaze.e-gov.az portalında onu çap edib kağız formada özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet sertifikatı COVID-19 pasportu kimi hesab olunur”, - o bildirib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







