İdman
ÇOX OXUNANLAR
7-09-2021, 18:04 Oxunub: 122331
Məmmədov Cahid Murad oğlu meşəni həqiqətən qoruyub, sevən, işinə məsuliyyətlə yanaşan direktordur - foto
Təbiətin əli ilə yaranan gözəlliklər sözün həqiqi mənasında bu adı
doğruldur. Zümrüd meşələr, diş göynədən buz bulaqlar, yayın nəfəskəsici istisində adamın canını sərinlədən havası, hər addımbaşı qarşında açılan müxtəlif təbiət mənzərələri adamları buraya səsləyir. Ona görə də Ağcabədi meşələrinə gələnlərin sayı ildən-ilə artır. Gələcəkdə, lap yaxın zamanlarda buralar məşhur turist məkanına çevriləcəyi heç də xəyal deyil, reallıqdır. Biz burada turizmdən deyil, onun yaşıl taclı ağacları, meşələri haqqında söhbət açmaq fikrindəyik.Əziz oxucular!
Ağcabədidə Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru Məmmədov Cahid Murad oğlu ilə görüşüb, ondan görülən işlər haqqında ümumi məlumat verməsini xahiş etdik.
Cahid Məmmədovun dedikləri: "Ağcabədidə meşəçilik təsərrüfatı hələ 1930-cu ildən fəaliyyətə başlamışdır.
Ağcabədi Meşə Təsərrüfatı rayonun inzibati ərazisində olan meşə sahələrinin bir hissəsini əhatə edir. Rayonumuzun ərazisinin yerləşdiyi bitki zonası üçün xarakterik olan iqlim şəraiti, yağıntının miqdarı, temperaturu, torpaqları və sairi əlverişli meşəbitmə şəraiti yaradır. Meşələr rayon ərazisində dəniz səviyyəsindən 1600-1700 metr hündürlüyə qədər yayılmışdır. Müəssisənin əhatə etdiyi meşələrin hamısı birinci qrupa aiddir və yüksək suqoruyucu, torpaqqoruyucu və rekrasiyon meşələrə malikdir. Meşələrimizin cins tərkibi palıd, fıstıq, vələs və sairdən ibarətdir. Ən çox yayılanı vələs və fıstıqdır. Onu da qeyd edək ki, meşələrimizdəki ağaclar "Qırmızı kitab”a düşənlərdir. Şabalıdyarpaq palıd, Qafqaz cökəsi, qızılağac, yunan qozu, şabalıd və sair ağaclar qorunur.
Rayon ərazisindən axan çayların hamısı meşə sahillərindən keçir. Bu da müsbət haldır.Meşələrin bərpası və genişləndirilməsi diqqət mərkəzində saxlanır. Bu məqsədlə iki hektar tinglik sahəmiz var. Burada yunan qozu, nəhəng ağcaqayın, şərq çinarı, ağqovaq, tut, akasiya, yalanqoz, şam, sərv, tuya və sair ağacların ting, həmçinin toxumları yetişdirilir.
Keçən il müəssisədə 60 hektarda – 35 hektarda meşə əkini və 25 hektarda meşə səpini işləri aparılmışdır. Ümumilikdə, 55 min ədəd ting əkilmişdir. İl ərzində 6,17 ton müxtəlif ağac toxumları tədarük edilmişdir. Bu işə yeni ildə də diqqət artırılacaqdır. 2015-ci ildə 60 hektar sahədə meşə əkini və səpini işlərinin aparılması nəzərdə tutulmuşdur. 60 min ting əkilməsi, 6,5 ton toxum tədarükü nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar rayonun məktəbliləri, idarə, müəssisə və təşkilatlarında çalışanlar da yaşıllaşdırma işlərində fəal iştirak edirlər. Deməli, meşələrin mühafizəsi ümumxalq işinə çevrilmişdir. Bütün bunlar biz meşəçiləri sevindirməyə bilməz. Qoy meşələrimiz adamların əsl istirahət yerinə çevrilsin".
Bir saatdan çox çəkən müsahibəmiz zamanı hiss etdik ki, Cahid müəllim bu işə təsadüfən gələn kadr deyil. O, meşəni həqiqətən qoruyub, sevən, işinə məsuliyyətlə yanaşan direktordur. Dəyərli vaxtını bizə müsahibə vermək üçün ayırdığı üçün, Cahid Məmmədov "qaynar-xett.az" Azərbaycan xəbər portalının dostu adına layiq görülür.
Uğurlarınız bol olsun, Cahid Məmmədov!
Zaur ƏHMƏDOV
XƏBƏR LENTİ
11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur 11:38 | Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək 11:03 | Tehrana gedən körpü bombalandı 10:57 | Avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq 17:47 | Mayda 14 gün iş olmayacaq - TƏQVİM 17:35 | Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq? 17:33 | 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür 15:26 | Mehman Qəhrəmanov: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixi həqiqətlərin unudulmayan ağrısı 11:40 | İşıqsız qalmalarına etiraz edərək küçələrə çıxdılar 11:36 | Sabahdan məktəblərdə dərslər başlayır 11:22 | Bayramdan qayıdan sürücülərə müraciət 11:17 | Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir 10:49 | Paşinyan yenidən Baş nazir postuna namizədi oldu 10:12 | “O halda görüşməyə utanırdı” 10:06 | Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir



















