İdman
ÇOX OXUNANLAR
11-09-2021, 17:48 Oxunub: 2292
Vətəndaş “Paşa Sığorta”ya üz tutdu - “Pulumu mənimsəyib, məni aldatmaq istəyirlər...”

Cəlilabad rayon sakini Ağayev Tərlan Abbasqulu oğlu Moderator.az-a müraciətində "Paşa Sığorta”dan kömək istəyib. T.Ağayev əməkdaşımızla söhbəti zamanı bildirib ki, ötən il mayın 20-də idarə etdiyi 15-BX-369 seriyalı, "Kamaz” markalı avtomobili "Paşa Sığorta” tərəfindən sığortalanan "Dəvəçi Broyler”ASC-ə məxsus, 17-AC-280 seriyalı, "MAZ” markalı yük maşını tərəfindən Ələt-Astara yolunun 52-ci kilometrliyində vurulub.
Həmin vaxt əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları gələrək protokol tərtib ediblər. Lakin bu günə kimi o, "Paşa Sığorta”dan pulunu ala bilmədiyini deyir. T.Ağayev bununla bağlı Azərbaycan Respulikasının Mərkəzi Bankının rəhbərinə məktub ünvanladıqdan sonra "Paşa Sığorta”dan ona bir xanım zəng vurub və söhbət zamanı bildirib ki, dəymiş ziyan ödənilib. Sığorta şirkətinin xanım əməkdaşı T.Ağayevə 2060 (iki min altmış manat) manat pul ödənildiyini bildirib.
T.Ağayev deyir ki, o, sevincək halda "Kapital Bank”a yollanıb, lakin araşdırma zamanı hesabında pul olmadığı məlum olub. O, növbəti dəfə həmin xanımla əlaqə saxlayıb və xanım cavabında onunla əlaqə saxlayacaqlarını desə də sonradan telefon zənglərinə cavab verməyib.
T.Ağayevə daha sonra "Paşa Sığorta”nın Şirvan şəhərində yerləşən filialından bir şəxs zəng vurub və bildirib ki, sığorta ödənişi az olduğu üçün guya T.Ağayev bundan imtina edib. Bu dəfə də T.Ağayevdən dəymiş ziyanla bağlı sənədlər tələb olunub. O, da deyildiyi kimi sənədləri sığorta əməkdaşına göndərib. Bir neçə gün sonra isə T.Ağayevin möbil telefonuna ona "Paşa Sığorta” tərəfindən 300 manat sığorta pulu təyin edilməsiylə bağlı mesaj gəlib. T.Ağayev məsələylə bağlı "Paşa Sığorta”yla əlaqə saxlamağa çalışsa da, cəhdləri baş tutmayıb və ona görə də üzünü redaksiyamıza tutub.
T.Ağayevin sözlərinə görə ona dəymiş ziyana görə 2060 (iki min altmış manat) ödənilib və onun bundan xəbəri olmadığı üçün pulu ortalıqda kimlərsə mənimsəyib və əvəzində ona 300 (üç yüz manat) sığorta pulu təyin edilib. Şikayətçi deyir ki, qəza nəticəsində onun idarə etdiyi "Kamaz” markalı avtomobilinə 2000 (iki min ) manata yaxın ziyan dəyib. O, bildirib ki, avtomobilini sığortalamaq üçün 200 manat pul ödəyib, amma necə olur ki, qəza baş verəndə hər birinin 400-500 manat qiyməti olan ehtiyat hissələri sıradan çıxanda ona 300 (üç yüz manat) sığorta pulu təyin edirlər. Vətəndaş bununla bağlı "Paşa Sığorta”nın rəhbərliyinə müraciət edərək kömək istədiyini deyib.
XƏBƏR LENTİ
19:25 | “Zelenski Putinlə görüşə hazırdır” 19:21 | “Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev 19:17 | Tərtərin prokuroru işdən çıxarıldı - Bu vəzifəyə təyin edildi 19:16 | Şahin Bağırov general-polkovnik oldu - Sərəncam 15:31 | Böhtanın dili yox, məsuliyyəti var 15:04 | Torpaq üçün canından keçən Milli Qəhrəmanının övladının torpağı əlindən alındı!... – Beyləqan notariatı hansı maraqlara xidmət edir?!... “Azərşəkər” MMC hansı “rol”dadı? Füzuli RİH başçısının hansı maraqları var? 14:47 | “P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb? – Şirkət vətəndaşların borcunu ödəmir 21:22 | Deputatın otağında diqqətçəkən DETALLAR... Ramiz Mehdiyev kitabı ön planda - VİDEO 21:19 | Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib 21:18 | Biləsuvarda “ağ qızıl” əməliyyatı: Bələdiyyə sədri ilə müavinin işbirliyi 21:16 | Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir? 19:53 | "By Məhsəti" salonundan ŞİKAYƏT – Müştərinin pulu niyə geri qaytarılmır? 10:54 | “Tezliklə yanınızda olacağam” - Rza Pəhləvi İrana qayıdır? 10:50 | Məğlubiyyətdən sonra “Qalatasaray”dan şok qərar 10:46 | İranlı qadınların Xameneinin fotosuna qarşı etdiyi hərəkət viral oldu 10:44 | Şamaxıda zəlzələ oldu












