23-09-2021, 16:42 Oxunub: 2872347

Quliyev Qulu Qüdrət oğlu ona göstərilən etimadı layiqincə doğruldur – foto

 

Quliyev Qulu Qüdrət oğlu ona göstərilən etimadı layiqincə doğruldur – foto

 

 

 

Son bir neçə ildir ki, ölkəmizin hüquq-mühafizə orqanlarının, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumların fəaliyyətləri, daha çox ictimaiyyətin diqqətini cəlb etməkdədir.

 

Çünki, bu sahə müstəqil Azərbaycan Respublikasının əsas sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara diqqət yetirib, əksər hallarda bəlli münasibətlərini də ifadə edirlər.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatın verilməsindən sonra ölkəmizin daxili işlər orqanlarında fərqli ab-hava əmələ gəldi.

Bundan əlavə, tam əksəriyyətin düşüncəsində belə bir fikir də formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili olması, məhz ölkəmizin daxili işlər orqanı sahəsində yaşanan bəzi problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Həqiqət naminə qeyd edək ki, ötən 1 il 8 ay ərzində bu yöndə lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir.
Belə uğurlu addımlardan biri də cənab Nazirin təyinatı ilə İmişli rayonunda yerləşən 11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə polis-polkovnik leytenantı Quliyev Qulu Qüdrət oğlunun rəis təyin edilməsi oldu.

Vəzifəyə təyin olunduğu ilk gündən Qulu Quliyev ona göstərilən etimadı layiqincə doğruldur. Bura avtomobilini texniki baxış üçün gələn hər kəs anındaca yola salınır. Vətəndaşlar arasında kiçik sorğumuza əsasən deyə bilərik ki, yol-hərəkət qaydalarını mükəmməl mənimsəyən hər kəs burada imtahan verərək sürücülük vəsiqəsini əldə edə bilir. Bütün bu yaradılan şərait üçün insanlar Qulu müəllimə minnətdardırlar.

Təvazökarlığından özü deməsə də, öyrəndik ki, sən demə, Qulu müəllim qazi və şəhid ailələrindən olan nümayənlərin qayğısını şəxsən öz vəsaiti hesabına yoluna qoyur. Bu qədər səmimi və xeyirxahlığı onu göstərir ki, qalib ölkənin qalib vətəndaşı kimi əlinə silah alıb ön cəbhəyə yola düşmək əsas deyil. Əsas olan elə öz postunda vəzifəsinin öhdəsindən layiqincə gəlməkdir. Yeri gəlmişkən, Qulu Quliyev (1990-1993-cü illərdə) 1-ci Qarabağ döyüşlərində  Azərbaycan polisi olaraq döyüşüb və müharibə veteranıdır. Bax, budur bizim qələbəmizin əsas səbəbi.

Bütün insani keyfiyyətləri özündə cəmləşdirən Qulu Quliyev Qüdrət oğluna çətin və məsuliyyətli işində yalnız və yalnız uğurlar arzu edirik! İşiniz irəli, Qulu müəllim!

Sadalanan yüksək insani dəyərlərinə görə Qulu Quluyev "qaynar-xett.az” Azərbaycan xəbər portalının dostu adına layiq görülüb. Təbrik edirik!

 

 

 

Zaur Əhmədov

Vilayət Eyvazov onlara xüsusi rütbə verdi Vilayət Eyvazov onlara xüsusi rütbə verdi Gündəm / Sosial Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ Gündəm Vilayət Eyvazov Əkbərovu yeni vəzifəyə TƏYİN ETDİ Vilayət Eyvazov Əkbərovu yeni vəzifəyə TƏYİN ETDİ Gündəm / Sosial Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ Gündəm / Siyasət Vilayət Eyvazov Əkbərovu vəzifəsindən azad etdi Vilayət Eyvazov Əkbərovu vəzifəsindən azad etdi Gündəm
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…