İdman
ÇOX OXUNANLAR
1-10-2021, 11:00 Oxunub: 42362
Məcburi köçkünlərlə bağlı keçirilən layihənin nəticələri araşdırılıb - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamran Ağamaliyev, Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH) ölkə direktoru Karin Hörhan, "Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsinin Azərbaycan üzrə rəhbəri Yörq Le Blank adıçəkilən layihənin əldə edilmiş nəticələri ilə bağlı Bərdə və Ağdam rayonlarına səfər edib.
Dövlət Komitəsindən verilən məlumata görə, səfərdə Mingəçevir Peşə Məktəbinin və Bərdə Peşə Liseyinin direktoru İlham İlyasov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Bərdə Rayon İcra Hakimiyyətinin müavini Fəqət Şadlinskaya və Ağdam rayon İcra Hakimiyyətnin müavini Orxan Ələskərli iştirak edib.
Səfər çərçivəsində qonaqlar Bərdə İcma Mərkəzinə baş çəkib, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 866 saylı qəsəbənin sakinlərinin həyata keçirdikləri mikro-layihələrə baş çəkiblər. Daha sonra Ağdama səfəri davam etdirən qonaqlar orada layihə çərçivəsində yaradılmış istixanalara, quşçuluq, arıçılıq və çörəkbişirmə sexlərinə baş çəkib.
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi "Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi 2017-ci ildən fəaliyyətə başlayıb. Layihə çərçivəsində Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafı məqsədilə tədbirlər həyata keçirilib.

XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















