İdman
ÇOX OXUNANLAR
27-10-2021, 12:22 Oxunub: 222435
Yol polisindən piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ

Piyadavurma ilə nəticələnən yol nəqliyyat hadisələrinin araşdırılması zamanı əksər hallarda məlum olur ki, günah daha çox sürücülərdə olur.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli son dövrlərdə piyadavurma ilə nəticələnən qəzalar barədə şərh verərkən deyib.
Onun sözlərinə görə, aparılan müşahidələr, baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur:
"Bəzi sürücülərin məsuliyyətsizliyi və yollarda təyin edilən sürət həddinə laqeyd yanaşması səbəbindən ağır faciələrlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Sürücülər qanunvericiliyin müvafiq normaları çərçivəsində piyadalara münasibətdə diqqətli olmalıdır.
Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya, eləcə də yol ayırıcından sağa və ya sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, qanunvericiliyin normalarının pozulması deməkdir və inzibati məsuliyyət yaradır”.
"Yol Hərəkəti Haqqında Qanun” sürücülərin üzərinə hadisədən maksimum yayınmaq üçün idarəetmədə diqqətli olması gərəkdiyini qeyd edir. Sürücüləri qanunvericiliyin tələblərinə uyğun davranmağa və ağır yol-nəqliyyat hadisələrinə aparan davranışlardan çəkinməyə çağırırıq. Sükan arxasında ani bir diqqətsizlik həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatında geridönülməz faciələrə yol aça bilər. Qaydalara əməl edərək, həm özümüzü, həm də ətrafımızdakıları faciəvi yol qəzalarından qoruya bilərik”, - deyə o vurğulayıb.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















