3-08-2022, 11:06 Oxunub: 2228

Abituriyentlərə güzəştlər ediləcək - DETALLAR


Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin "Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə" qərarı ilə bağlı açıqlama yayıb.

 

Mərkəzdən Manset.az-a bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar güzəştli tariflərlə keçiriləcək.

Yaranan fərq dövlət büdcəsi hesabına qarşılanacaq. Belə ki, abituriyentlərə 2023-2024-cü illərdə keçiriləcək imtahanlarda aşağıdakı məbləğdə güzəştlər müəyyən edilib:

1. ali təhsil müəssisələrinin qabiliyyət imtahanı üzrə 10 manat;

2. kolleclərin qabiliyyət imtahanı üzrə 20 manat;

3. Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə 20 manat;

4. ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı üzrə 25 manat;

5. tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı və I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi üzrə 25 manat;

6. I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə 10 manat;

7. əlavə fənn (lər) imtahanı üzrə 20 manat.

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri ilə linkdə tanış ola bilərsiniz: https://bit.ly/3vAl8Th

Bir daha qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Bir nəzarətçi müəllim, 3 abituriyent imtahandan QOVULDU Bir nəzarətçi müəllim, 3 abituriyent imtahandan QOVULDU Sosial 2022-ci ilin birinci yarımili ərzində keçiriləcək TOEFL iBT və GRE imtahanlarının tarixləri haqqında məlumat 2022-ci ilin birinci yarımili ərzində keçiriləcək TOEFL iBT və GRE imtahanlarının tarixləri haqqında məlumat Gündəm Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək Mədəniyyət Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub Sosial İcbari tibbi sığorta haqları belə olacaq İcbari tibbi sığorta haqları belə olacaq Gündəm / Sosial
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…