İdman
ÇOX OXUNANLAR
7-10-2019, 13:00 Oxunub: 2319
Azərbaycanda orqanlarını bağışlayanlar çoxalıb - Vəsiyyətnamə yazırlar

Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafazadə Modern.az-a müsahibəsində deyib ki, orqanlarını bağışladığını vəsiyyət edib.
Daha əvvəl millət vəkili Qənirə Paşayeva da belə bir addım atmış və orqanlarını bağışladığını təsdiqləyən vəsiyyətnamə yazmışdı. Eks-deputat Ceyhun Osmanlı da əvvəllər belə bir vəsiyyətnamə ilə çıxış etmişdi.
Dünya təcrübəsində geniş istifadə olunan orqan bağışlanması mövcud qanunvericiliyə görə ölkəmizdə də tətbiq oluna bilər. Qanunun tələbinə əsasən, orqan bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın alqı-satqı obyekti olmasına icazə verilmir və bu cinayəti törədənlər üçün sərt cəza qaydaları mövcuddur.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri Mircəlal Kazımi Modern.az-a deyib ki, hazırda orqan bağışlanması üçün müraciət edənlər var, lakin bu üsul hələ ki tətbiq edilmir.
“Orqan bağışlanması haqqında qanun tətbiq ediləndən sonra müraciət edənlər olur, lakin ölkədə bu sistem işləmədiyi üçün müraciətləri qəbul edə bilmirik. Orqan köçürülməsi işləri isə artıq uzun müddətdir ki, tətbiq olunur. Həm böyrək, həm də qaraciyər köçürülməsi üçün müraciət edənlərin sayında əvvəlki illərə baxdıqda çoxalma da var. Belə ki, bu il ümumilikdə 44 qaraciyər, 52-56 arasında böyrək köçürülməsini həyata keçirmişik".
Orqan bağışlanması barədə müraciət edən şəxslərin arasında tanınmış şəxslərin də olduğunu deyən şöbə müdiri "onlar icazə vermədiyi üçün adlarını açıqlaya bilmirəm” söyləyib.
XƏBƏR LENTİ
17:47 | Mayda 14 gün iş olmayacaq - TƏQVİM 17:35 | Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq? 17:33 | 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür 11:40 | İşıqsız qalmalarına etiraz edərək küçələrə çıxdılar 11:36 | Sabahdan məktəblərdə dərslər başlayır 11:22 | Bayramdan qayıdan sürücülərə müraciət 11:17 | Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir 10:49 | Paşinyan yenidən Baş nazir postuna namizədi oldu 10:12 | “O halda görüşməyə utanırdı” 10:06 | Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir 12:29 | “Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı 12:24 | Sabunçuda maşınlar su altında qalıb 12:10 | Müctəba Xamenei niyə görünmür? 12:05 | ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində 12:00 | Sabunçu keçidi bağlandı 11:48 | Millimiz ən böyükhesablı qələbəsini qazandı


















