30-03-2026, 10:12 Oxunub: 287

“O halda görüşməyə utanırdı”


Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb.

“Qafqazinfo” İTV-yə istinadla xəbər verir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib:

“İnstaqramda paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət camiəsi üçün yeri doldurulmayacaq, çox ağır bir itkidir. Bir əfsanə getdi”.

Məlahət Abbasova Rasim Balayevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə Yeni il bayramında danışdıqlarını vurğulayıb:

“Mənə göndərdiyi son səs yazısı hələ də durur. Orada mənə demişdi ki, mən onu nə qədər çox istəyirəmsə, o da məni ondan da çox istəyir. Heyf ki, son günlərində onu ziyarət edə bilmədim”.

Aktrisa Bakıda olduğu müddətdə Rasim Balayevin oğlu Ülvi ilə əlaqə saxlayıb, lakin görüşmək mümkün olmayıb:

“Oğlu ilə danışdım. Mənə dedi ki, atası vəziyyəti ağır olduğu üçün heç kimlə görüşmək istəmir, o halda görünməyə utanırdı. Kaş ki, vəziyyətinin bu qədər ağır olduğunu bilərdim... Bilsəydim, hər hansı bir şəraitdə, hansısa yolla olsa belə, onu mütləq sonuncu dəfə görərdim”.


                                                

                                               

                                                

                                               

                                                

                                               

                                       

                        
PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova