30-03-2026, 11:17 Oxunub: 2105

Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir


                Dünya Bankı "Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı iri ekoloji təşəbbüsün maliyyələşdirilməsinin təsdiqi üçün yeni tarix açıqlayıb.


   

Trend bu barədə banka istinadən xəbər verir.


   

Layihə Azərbaycan və Mərkəzi Asiyanın iki ölkəsinin iştirakı ilə həyata keçirilir və Xəzər dənizində çirklənməyə qarşı mübarizə, eləcə də biomüxtəlifliyin qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsinə yönəlib. Dünya Bankı maliyyə paketini 2026-cı il 8 aprel tarixində təsdiqləməyi planlaşdırır, halbuki qərarın 1 aprelə qədər verilməsi gözlənilirdi.


   

Qlobal Ekoloji Fond (GEF) icraedici qurumlar kimi Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) 11 743 120 ABŞ dolları məbləğində qrant ayırır. Bu vəsait Azərbaycan, Qazaxıstan və Türkmənistanda layihənin həyata keçirilməsinə yönəldiləcək. Dünya Bankı 8 243 120 ABŞ dolları məbləğində layihəni Direktorlar Şurasının təsdiqinə təqdim edəcək, icraedici qurum isə BMT-nin Layihə Xidmətləri İdarəsi (UNOPS) olacaq. Bundan əlavə, UNOPS-a ətraf mühit və sosial standartlar (ESF) üzrə alətlərin hazırlanması, eləcə də iştirakçı üç ölkə ilə əməkdaşlıq üçün 183 489 ABŞ dolları məbləğində hazırlıq qrantı (PPG) ayrılacaq.

 


   

Layihənin məqsədi ölkələrə çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması tədbirlərinin gücləndirilməsində dəstək verməkdir. Bu, Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialının artırılması hesabına həyata keçiriləcək. Təşəbbüs dövlətlərin Tehran Konvensiyası və müvafiq protokollar üzrə öhdəliklərinin icrasını tamamlayır.


   

Layihə üç komponentdən ibarətdir:


   

Çirklənmənin idarə olunmasının gücləndirilməsi — 3 900 000 ABŞ dolları

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi — 3 900 000 ABŞ dolları

Layihənin idarə olunması — 443 120 ABŞ dolları

Xarici ölkələrin QHT-ləri Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq bəyanat yayıblar Xarici ölkələrin QHT-ləri Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq bəyanat yayıblar Gündəm Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Qarabağ Dirçəliş Fondu sərmayə cəlbini sürətləndirəcək - ekspert Qarabağ Dirçəliş Fondu sərmayə cəlbini sürətləndirəcək - ekspert Gündəm
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova