İdman
ÇOX OXUNANLAR
13-06-2020, 20:25 Oxunub: 2506
Əhəd Abıyevə böhtanların iziylə…- SEPARATÇILARIN RUPORU İCRA BAŞÇISINA BÖHTANLAR YAĞIDIRIR
Əhəd Abıyevlə bağlı əmlaklar haqqında “Cənub xəbərləri” qəzetində mənbə kimi yazılanlar qərəzli, qisas almaq məqsədli şayiələrdir
Son zamanlar rüşvətə, korrupsiyaya bulaşmış məmurların həbsi Azərbaycan dövlətinin anti-korrupsiya siyasətində qətiyyətli olmasını bir daha nümayiş etdirdi.
Ancaq bu prosesdə diqqəti çəkən bir məqam da ortaya çıxdı.
Belə ki, dövlətin anti-korrupsiya tədbirləri fəaliyyətləri reketçilik, şantaj üzərində qurulan bəzi qüvvələri və onların nəzarətində olan media orqanlarının əl-qolunu da açıb.
Bu prosesdən istifadə edən bəzi media orqanları fəaliyyətində həmişə şəffaflıq, vətəndaşa xidmət prinsipini üstün tutan məmurlara qarşı qarayaxma kampaniyası aparırlar.
Hədəfdə olan şəxslərdən biri də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevdir.
Əhəd Abıyevin fəaliyyəti ilə bağlı diqqətiçəkən məqamlar çoxdur.
Əgər icra başçılarının vətəndaşın ayağına getməsi hallarına son aylarda rast gəlinirdisə, ancaq Əhəd Abıyev bunu 10 il əvvəldən başladıb.
Mediada kiçik bir araşdırma etmək kifayətdir ki, Əhəd Abıyevin icra başçısı kimi davamlı olaraq rayonun ən ucqar kəndlərində insanlarla görüşü barədə faktlara rast gəlinsin.
Onun icra başçısı olduğu ötən 10 il ərzində Daşkəsəndə görülən abadlıq-quruculuq işləri, xüsusilə, aztəminatlı ailələrin sosial diqqətdə qalması əsas prioritetlərdən olub.
Bu rayonda rəhbərin gördüyü işlərin nəticəsidir ki, 10 il ərzində keçirilən hər bir seçki ilə bağlı qalmaqallar da baş verməyib.
Son günlər sosial şəbəkələrdə “Daşkəsənin icra başçısının əmlak siyahısı” başlığı ilə yayılan məlumatlara gəlincə, bu məsələ ilə bağlı araşdırma etdik.
Ondan başlayaq ki, Abıyevlər ailəsi Masallıda, eyni zamanda Cənub bölgəsində tanınmış ziyalı bir nəsil kimi böyük hörmətə sahibdir.
Hər biri də ali təhsilli 9 qardaş olan Abıyevlərin atası Mikayıl Abıyev 40 ilə yaxın Masallıda sovet partiya işində, yüksək vəzifələrdə işləyib, səmərli fəaliyyətinə görə orden və medallara layiq görülüb. Masallı rayonunun bir neçə kənd sovetliyini özündə birləşdirən savxoz da Mikayıl Abıyevin adı ilə adlandırılıb. Keçmiş SSR-də tanınan Mikayıl Abıyev adına savxoza Əhəd Abıyevin qardaşı Abı Abıyev uzun müddət direktorluq etmişdir. Digər qardaşı Malik Abıyev isə “Kommunist” partiyası dövründə uzun müddət “Aqrokombinatın” baş direktoru vəzifəsində çalışmışdır.
Bu gün siyahıda yer alan torpaq sahələri və mənzillərin icra başçısının əmlakı kimi sırımaq cəmiyyətdə inandırıcı qarşılanmayacaq.
Xatırladığımız kimi 9 qardaş olan Abıyevlərin hər birinin də oğul-uşaqları var. Və bu şəxslərin özəl əmlaklarının olması təbiidir.
Araşdırmamızda Əhəd Abıyevlə bağlı əsassız məlumatların yayıldığı qaynağı və yayanın kimliyini də örəndik.
Məlum oldu ki, Avropadakı siyasi mühacilərə bu ”siyahını” hazırlayıb ötürən özünün son 25 illik fəaliyyətini Əhəd Abıyevə çamur atmağa həsr etmiş Zahir Əmənovdur.
1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olan Zahir Əmənov “Cənub xəbərləri” qəzetinin baş redaktorudur. Onun oğlu Sərraf Əmənov hazırda Almaniyanın Frankfurt şəhərində siyasi mühacir kimi yaşayır, Azərbaycana qarşı separatçı fəaliyyətlə məşğul olur və “Cənub xəbərləri” qəzetini xaricdən maliyyələşdirirlər.
Zahir Əmənov keçmiş adı “Masallı xəbərləri” olan “Cənub xəbərləri” qəzeti vasitəsi ilə müstəqil Azərbaycan Respublikası yarandığı gündən bu günə kimi iqtidara qarayaxan, hakimiyyəti gözdən salmağa çalışan, separatizmi dəstəkləyən məlumatlar yayır.
Onun yazdığı yalan və böhtan xarakterli məqalələr dəfələrlə məhkəmələrdə mübahisələndirilmiş, özü də yüksək məbləğlərlə cərimələnmiş, elə bu səbəbdən də “Cənub xəbərləri” qəzetinin fəaliyyəti bir müddət dayandırılmışdır.
Hazırda Zahir Əmənovla oğlu Sərraf Əmənov və Ərkivan kəndindən qaçıb Almaniyada yaşayan, ikinci dəfə ərə gedən gəlini Aysel Sücəddin qızı Novruzova “Cənub xəbərləri” qəzeti vasitəsilə radikal müxalifətə dəstək göstərən beynəlxalq QHT təşkilatlarından maliyyə vəsaiti alırlar, ölkəmizə qarşı çirkin kampaniya aparan xarici dairələrə hesabatlar təqdim edirlər. (Almaniyanın Frankfurt şəhərində yaşayan Aysel Novruzovanın telefonu +4917662005992, iş yeri Augentageskliniken MVZ DRES. JACOBİ.)
COVİD-19 pandemiyasından qabaq Zahir Əmənov tez-tez Almaniyaya gedərək oğlu Sərraf Əmənov və gəlni Aysel Novruzova ilə birgə bloqqer Həbib Müntəzirlə dəfələrlə görüşlər keçirmiş, bu gün də ona internet vasitəsilə məlumatlar ötürərək əlaqə saxlayır.
Bu qəzetin fəaliyyətinin ilk dövrlərinə nəzər salanda isə bəlli olub ki, 1993-cü ildə “Masallı xəbərləri” qəzeti Əlikram Hümbətovun maliyyə vəsaiti ilə təsis edilib. Qəzetin ilk nömrələri də Əlikram Hümbətovun “Talış-Muğan Respublikası” yaratmasına, onun təbliğatına həsr olunmuşdur.
Zahir Əmənov “Tolışi Sədo” qəzetinin baş redaktoru Fəxrəddin Abbasovla “Tolışi Sədo” qəzetini dərc etdirərək uzun müddət cənub bölgəsində və Rusiyanının əsasən Sankt-Peterburq şəhərində yaymışdır. Separatçı kimi onların məqsədi “Talış-Muğan Respublikası”nı yaratmaq olmuşdur.
1995-ci ildə Milli məclisin deputatı Əhəd Abıyev cənub bölgəsində bu kimi separatçı və narkomafiya üzlərinə qarşı barışmaz mübarizə apararaq, ilk dəfə Zahir Əmənovun xain iç üzünü ifşa etmişdir. Belə ki, Masallıda məşhur “Xaş-xaş 95” əməliyyatı çərçivəsində aşkarlanmışdır ki, Vamazqon meşəsində aqrotexniki qulluq qaydaları ilə xüsusi narkotik plantasiyaları yetişdirirlir. Lakin Zahir Əmənov isə həmin dövrdə “Masallı xəbərləri”ndə özünün məqaləsində yazırdı ki, guya Vamazqon meşəsində narkotik plantasiyaları yox, zəhərli ilanlar saxlanılır və ilan zəhərindən əldə edilən vəsait cənub bölgəsinə böyük iqtisadi gəlir gətirəcəkdir. Əslində isə onun məqsədi insanlarda meşəyə girməyə qorxu yaradaraq narkotik plantasiyalarının ötr-basdır edilməsi idi. Bu ciddi məsələ ilə bağlı prokurorluq tərəfindən geniş istintaq işləri aparılmışdır. Əhəd Abıyev bu barədə mütəmadi olaraq həmin dövrdə ayrı-ayrı mətbuat orqanlarında və parlamentdəki çıxışlarında əhatəli danışmışdır. Bunu bütün cənub bölgəsinin əhalisi bilir.
Bu günə kimi də Zahir Əmənov hakimiyyətdə təmsil olunan, dövlətçiliyə və iqtidara sadiq, nüfuzlu vəzifəli şəxslərə qarşı xaricdən aldığı qrantlar hesabına qarayaxma kampaniyası apararaq məlumatlar ötürür, dövlətimizi nüfuzdan salmağa çalışır, aldığı qrantların hesabatını verir.
Özünün “Cənub xəbərləri” qəzetində Əhəd Abıyev haqqında ayrı-ayrı illərdə müntəzəm dərc etdirdiyi çoxsaylı qərəzli yazıları onu deməyə tam əsas verir ki, Əhəd Abıyevlə bağlı son günlər qəzetində qərəzli yazdığı çoxsaylı daşınmaz əmlakların siyahısının ictimailəşdirilməsi şəxsən Zahir Əmənov tərəfindən təşkil olunmuşdur.
Əhəd Abıyevlə bağlı “Cənub xəbərləri” qəzetində mənbə kimi yazılmış əmlakların heç birinin onunla bağlılığı və aidiyyəti yoxdur. Zahir Əmənov ayrı-ayrı adamlara məxsus əmlakların Əhəd Abıyevə məxsus olmasına dair yalanlar yazmaqla ictimai fikiri çaşdırır, bunu bütün Masallı rayon əhalisi bilir.
Bütün bunlar Zahir Əmənovun özündən uydurduğu qərəzli, qisas almaq məqsədi güdən şayiələridir, yazılanlar təsdiqini tapmır.
Nəcəf Cavadsoy
Gununsesi.org
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb