2-08-2022, 13:18 Oxunub: 2148

Füzulidə 3 nəfər minaya düşdü - Birinin ayağı amputasiya olundu



Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub.

Bu  barədə  Manset.az-a  Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib.

Hadisə tərəfimizdən araşdırılır.

Füzuli Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız Gündəm / Hadisə Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Siyasət Aqiyə Naxçıvanlı: Azərbaycan Prezidentinin öz əli ilə qoyduğu hər bir təməl daşı möhtəşəm qayıdış gününü daha da yaxınlaşdırır Aqiyə Naxçıvanlı: Azərbaycan Prezidentinin öz əli ilə qoyduğu hər bir təməl daşı möhtəşəm qayıdış gününü daha da yaxınlaşdırır Siyasət