İdman
ÇOX OXUNANLAR
8-11-2021, 11:09 Oxunub: 2316
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir"

8 Noyabr Zəfər Günü "Qarabağ Azərbaycandır və nida” ifadəsinin əyani təsdiqidir
Hər bir insanın və xalqın həyatında mühüm tarixlər mövcuddur. Bizim də xalqımızın tarixində əhəmiyyətli tarixlər az deyil. Biz bu tarixləri daim qeyd edirik. Amma xalqımızın tarixində ən vacib və önəmli bir yeni tarix də var ki, onu da qalib Əsgərimiz bir il əvvəl öz qanı və canı bahasına yazıb. Bu Azərbaycan xalqının Vətən Müharibəsi zamanı qəsbkar Ermənistan üzərində Qələbə qazandığı 8 Noyabr tarixidir. Bu il ilk dəfədir ki, 8 Noyabr Zəfər Günümüzü qeyd edirik. Bu tarix hər bir Azərbaycan vətəndaşının həyatında ən mühüm hadisə kimi yer alır. Bu Qələbəmizin, milli qururumuzun və birliyimizin tarixidir. Bu tarix "Qarabağ Azərbaycandır və nida” ifadəsinin əyani təsdiqi kimi də qəbul edilə bilər.
"Dəmir Yumruq” komponentləri
Vətən Müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandan ətrafında birləşməklə Silahlı Qüvvələrimizin düşmən hücumlarına qarşı keçirilən "Dəmir Yumruq” əməliyyatına birmənalı dəstək verdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatlar meydanında Ermənistan üzərində tarixi qələbəsini qazandı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda "Zəfər Günü” kimi qeyd edilməsi qərara alındı. Bu gün biz artıq Zəfərimizin ilk ildönümünü qeyd edirik. Zəfərə aparan yol cəmisi 44 gün davam etsədə, bu çox çətin və mürəkkəb döyüş əməliyyatları ilə müşaiyət olundu.
Silahlı Qüvvələrimiz real döyüş potensialı
Bizimlə rəqabət aparmaq istəyən qüvvələr Vətən Müharibəsində Silahlı Qüvvələrimizin real potensialını əyani olaraq gördülər. Müharibənin ilk saatlarından düşmən 26 il möhkəmləndiyi istehkam və mövqelərini tərk etməyə başladı. Pilotlu və pilotsuz aviasiya ilə bərabər artilleriya vasitələrimiz düşmənə qısa müddətdə bərpası mümkün olmayacaq zərər vurdular. Silahlı Qüvvələrimiz demək olar ki, bütün istiqamətlərdə düşməni əzdilər, ciddi sayda HHM vasitələrini və zirehli texnikasını məhv etdilər. Son nəticədə işğala məruz qalan Azərbaycan adını dünya tarixinə "BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkə” kimi yazdırdı.
Döyüşə daimi hazırlıq
Azərbaycanın uzun müddət davam edən atəşkəs dövründə Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaq üçün müxtəlif silah sitemlərini əldə etməklə bərabər müttəfiqlərimizlə birlikdə genişmiqyaslı təlimlər keçirdik. Paralel olaraq siyasi, iqtisadi və diplomatik sahədə Ermənistanı dalana dirəyə bildik. Bu Müharibə siyasi müstəvidə fərqli baxışlara malik müxalif qüvvələr də milli maraqlar çərçivəsində Azərbaycan hakimiyyətinə dəstək verdilər. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpasında yaxından iştirak etdilər.
Qələbənin bizə verdiyi üstünlüklər
Məhz Şuşanın alındaığı 8 Noyabrda düşmən məğlub oldu və səhəri gün Azərbaycana maksimum sərf edən birgə Bəyanatı imzalandı. Paşinyan məğlubiyyətini etiraf etməyə məcbur oldu. İndi imzalanan üçtərəfli Bəyanatı Ermənistanda bəziləri fərqli formada, məsələn "atəşkəs razılaşması” kimi qələmə verməyə çalışanlar peyda olub. 26 il atəşkəs dövründə 1 qarşı torpağımızı işğaldan azad etməyən Ermənistanla sərhəddə yerləşən və ərazisinə görə Qarabağın Laçın və Kəlbəcər kimi iki ən böyük rayonu ilə bərabər Qarabağın qapısı hesab edilən Ağdamın döyüşsüz boşaldılması bu sənədin işğalçı üçün məhz məğlubiyyət aktı olduğunu açıq göstərir. Bu sənəd status məsələsini də dəfn etdi. Digər tərəfdən isə bu Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini də təmin edir. Hava əlaqəsi artıq bərpa olunub, dəmir yolunun bərpası və avtomobil yolunun inşası istiqamətində fəaliyyətlər isə davam edir.
Birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan öz sərhədləri çərçivəsində 3 rayondan başqa Qubadlı və Zəngilanın 100-ə yaxın kəndlərini düşməndən təmizlənməsinə nail oldu. Şərqi Zəngəzurda çox sayda mövqelərimizi irəli çəkdik, mövcud olanları isə möhkəmləndirdik. İranla 132 km-lik sərhəddimizi tam bərpa etdik. Şərqi Zəngəzurda diviziyalar yerləşdirdik.
Qarabağ Müharibəsinin beynəlxaq əhəmiyyəti
Bu Qələbə ilə Azərbaycan beynəlxalq səviyyədə seperatizmlə mübarizənin və onun məhv edilməsinin praktiki yol xəritəsini təqdim etdi. Uzun illər boyu formalaşdırılan Qarabağın statusu və iki əsrlik "Böyük Ermənistan” ideyalarını Əsgərimiz cəmisi 44 gündə, həm də əbədi olaraq basdırdı, "məqlubedilməz erməni ordusunu” isə "erməni fərari ordusuna” çevirdi. Biz artıq düşmən ordusunun qarmadağın edib öz tarixi Vətənimizə, dogma Qarabağımıza qayıtmışıq. Azad edilən ərazilərdə yenidən qurma işləri ilə bərabər Qarabağımızın tacı olan Şuşada regional əhəmiyyətli sənədlər imzalanır, beynəlxalq festivllar keçirilir.
Vətən Müharibəsi beynəlxalq ictimaiyyətə Ermənistanın ləyaqətli düşmən olmadığını da nümayiş etdirdi. Gəncənin ballistik raketlə bombalanması, Bərdənin kasetli raketlərlə vurulması və digər faktlar Ermənistan rəhbərliyinin mülki əhaliyə, o cümlədən yuxuda olan 2 yaşlı körpəyə qarşı taktiki raketlərlə savaşdığını və müharibə cinayətləri törətdiyini sübut etdi.
Hər bir münaqişənin hərbi həlli mümkündür
Azərbaycan xalqı və hakimiyyəti bu müharibədə çox ciddi sınaqlardan çıxdı. Prezident İ.Əliyev dünyanın qlobal güc hesab etdiyi ölkə rəhbərlərinə praktiki olaraq sübut etdi ki, Qarabağ mühaqişəsinin hərbi həll yolu var. Biz bu yolda tək Ermənistanla deyil, ona siyasi və hərbi texniki dəstək verən və "münaişənin hərbi həlli yoxdur” deyən bir çox ölkələrlə mübarizə apardıq. Bizi dayandırmaq istəyən və böyük təzyiqlərə məruz qoyan 7 ölkə ilə 7 cəbhədə savaşdıq. Lakin biz dayanmadıq və qalib gəldik. Son 200 ildə ilk dəfə möhtəşəm bir Qələbə qazandıq. Biz yalnız işğalçı Ermənistana deyil, həm də onun havadarlarına qalib gəldik. Qardaş Tükiyənin və Pakistanın mənəvi dəstəyi ilə qalib gəldik, çünki biz bu Müharibədə haqlı idik, müharibəmiz də ədalətli idi. Seperatizmin əsaslarını sarsıttdıq. Ukrayna, Gürcüstan və Moldova kimi qonşu ölkələrə nümunə göstərdik
Vətən Müharibəsində əldə etdiyimiz Qələbə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu və onun Ordusunun hansı döyüş imkanlarını malik olduğunu göstərdi. Müharibədə tətbiq etdiyimiz müasir silahlı mübarizə metodları barədə əvvəllər çox yazmışam, odur ki, tətkrarlamaq istəmirəm.
Faktiki olaraq Qarabağ məsələsində ən yaxın müttəfiqləri, o cümlədən KTMT hərbi bloku belə Ermənistanı açıq dəstəkləyə bilmədilər. Bütün bu faktorlar, başda ordu quruculuğu və Əsgərimizin qəhrəmanlığı olmaqla, Müharibədə Azərbaycanın qələbəsini təmin etdi.
Vətən Müharibəsinin nəticələri
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 5 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 1 qəsəbə və 2 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik döyüşlər zamanı azad olundu. Döyüşlərdən dərhal sonra Zəngilan və Qubadlının 100-ə yaxın kəndi ermənilərdən təmizlənib.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzaladıqları Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.
2020-ci ilin noyabrın 14-dən Laçın rayon mərkəzindən keçən 5 km genişliyində dəhliz vasitəsilə Ermənistanın Xankəndi əlaqəsi təmin edilir. Zəngəzur dəhlizinin tam açılması isə hələ də Ermənistanda müzakirə edilir. Erməni silhlılarının rus sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarılması prosesini də təsdiqləyən faktlara malik deyilik.
Zəfərimizin və Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi
Ali Baş Komandan İ.Əliyev Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə bir neçə mühüm ərəncam imzalayıb. İlk sərəncam 3 dekabr 2020-ci ildə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında oldu.
Ali Baş Komandanın digər təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyanı "8 Noyabr” adlandırıldı və bu stansiyasının 2021-ci il may ayının 29-da təntənəli açılışını həyata keçirdi.
Ölkə başçısı "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, "Zəfər” və "Qarabağ” ordenləri, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə” və digər medallar təsis etdi.
Dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycanın Vətən Müharibəsindəki Qələbəsini tərənnüm edən elementlərdən biri də Hərbi Qənimətlər Parkıdır. Dənizkənarı Milli Parkda yerləşən bu park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbəyə həsr olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.
Ali Baş Komandan işğaldan azad edilən rayonların bərpası layihələrində Vətən Müharibəsindəki qələbəmizi tərənnüm edən abidələrin, komplekslərin və s. inşasına xüsusi diqqət yetirir. Azad olunan ərazilər bərpa olunduqca həmin rayonların küçələri şəhidlərimiz adlarını daşıyacaq.
İşğala son verilməsi, xalqımızın sosial sifarişi idi
Hər bir vətəndaşımız imkanları daxilində orduya dəstək olmağa çalışdı. Kimi şəxsi vəsaiti ilə, kimi həyətindən topladığı meyvə ilə, kimi isti paltar ilə, kimi bişirdiyi çörək ilə. 70 yaşlı təqaüdçü babanın yağışlı havada deşik ayaqqabı ilə ASAN xidmətə gəlib aylıq pensiya müavinətinin orduya yardım üçün bağışlamasını, şəhid həyat yoldaşının tabutunu çiynində daşıyan Azərbaycan qadınını, şəhid oğlunu dəfn edən atanın "Mən də döyüşə hazıram” və ya şəhid anasının "Sona qədər döyüşün” sözlərini unutmadıq. Belə faktlar yüzlərlədir.
Müharibəni Ermənistan tələb etdi
Müharibəni Azərbaycan tətikləmədi. Bu Ermənistanın, onun siyasi və hərbi rəhbərlərinin seçimi oldu. Azərbaycan Ermənistana Qarabağın dağlıq hissəsinin muxtariyyəti ilə bağlı təklif vermişdi, amma əks tərəf bu təklifi rədd edib "müstəqillik” tələb edirdi. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, mülki şəxslərdən ibarət "könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Hazırda həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı "yeni müharibə, yeni ərazilər” şüarı ilə təhdid edirdi. Əslində Tonoyan şüarının bir hissəsinə nail oldu, ikinci hissəsi isə Ermənistan xalıqı üçün yaxın əsrlərdə belə axmaqların səsləndirdiyi şüarların nə qədər zərərli ola biləcəyini unutdurmayacaq qədər faicəli oldu. Cəmi 44 gündə Ordumuzn qəhrəmanlığı sayəsində 32 il çiyinlərimizdə çətinliklə daşıdığımız məğlubiyyət yükünü Ermənistan xalqının kövrək çiyinlərinə yüklədik. Bu yükün 1 il daşınması artıq qəsbkar və onları dəstəkləyənlərin qamətini büküb. Gələcəkdə bu sindromunun daşınmasının nəticələri işğalçı üçün daha da ağrılı-acılı olacaq.
Nəticə
Vətən Müharibəsində möhtəşəm bir Qələbə qazandıq, amma itkilərimiz də oldu. 2914 şəhid verdik, 6 hərbçimiz hələ də itkindir. 12 min yaralımız oldu. Onların hər biri bizim üçün canlarından keçdilər. Hər birinin xatirəsi qarşısında baş əyirik. Qarabağdan çox uzaqda yerləşən yaşayış məntəqələrində 100 mülki vətəndaşımız həlak oldu, 416 nəfər isə yaralandı. Amma kimsə sızıldamadı, kimsə bu Müharibənin dayanmasını ağlının ucundan keçirmədi. Deməli bu sadəcə ordunun apardığı bir müharibə deyildi, bu bir Vətən Müharibəsi idi, bu Azərbaycan xalqının apardığı Azadlıq mübarizəsi idi. Bizim də hazırda əsas vəzifəmiz 32 illik Azadlıq mübarizəmizdə həlak olan Şəhidlərimizi unutmamaq, onların yaxınlarına, yaralılarımıza və veteranlarımıza daim dəstək olmaqdan ibarət olmalıdır.
Bu Qələbə Azərbaycan tarixinin son əsrlərdə əldə etdiyi ən parlaq qələbədir. Biz bu Qələbəyə görə şəhidlərimizə, yaralılarımıza və veteranlarımıza borcluyuq. Onlar və yalnız onlar, xalqımızın dəstəyi və Ali Baş Komandanın mükəmməl idarəetməsi nəticəsində torpağımızı işğalçılardan qarış-qarış azad ediblər, bayrağımızı on illərlə həsrət qaldığımız Qarabağımızda dalğalandırıblar. Odur ki, 8 Noyabr Ordumuzun, Xalqımızın və Birliyimizn qələbəsidir!
Bu Qələbənin baş memarı isə Alı Baş Komandanımızdır!
Zəfər Günümüz mübarək!
Ədalət Verdiyev, hərbi ekspert,
XƏBƏR LENTİ
14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş… 14:09 | İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov 18:31 | Təbrik edirik! 11:19 | Şərəfli ömür yolu 09:38 | Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı 09:35 | Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO 22:54 | Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa… - TƏFƏRRÜAT 22:51 | PƏNCƏRƏLƏR 10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR