28-09-2021, 11:36 Oxunub: 2246

Ədalətli savaş və haqlı Qələbə

Ədalətli savaş və haqlı Qələbə

 

 

Dövlətimizin başçısı cənab İlham Əliyev sentyabr ayının 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda geniş çıxışında böyük əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunmuşdur. BMT Baş Assambleyasının builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edərək, qalib Azərbaycan xalqını təmsil edir. Dövlət başçısınının BMT Baş Assambleyasının illik ümumi müzakirələri zamanı çıxışında bir daha 30 illik işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlara əsaslanan siyasətindən geniş bəhs edərək 44 gündə Azərbaycan Ordusunun tarixi Zəfərini şərtləndirən amillərə diqqəti yönəldib.

Azərbayan Ordusunun sentyabrın 27-dən etibarən əks-hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət bir çox məsələlərə aydınlıq gətirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən həmsədr dövlətlər qurumun keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən dövlətlərin vasitəçiliyi əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı mənəvi zəfərin ruhu, bunun ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli zəfər xalqın milli qürurunu özünə qaytarmışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsılmaz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir.

Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarımızdan könüllü şəkildə, sülh yolu ilə çıxması üçün aparılan danışıqlara uzun illər sadiqlik göstərmişdir. Münaqişənin hər iki tərəfdən insan itkilərinə yol vermədən, ölkələrin sosial-iqtisadi həyatına ziyan vurmadan yoluna qoyulmasından ötrü bütün mövcud imkanları səbirlə dəyərləndirmiş, təcavüzkar ölkədən də eyni davranışı gözləmişdir. Əfsuslar olsun ki, Ermənistan 30 ilə yaxın müddətdə danışıqlar prosesində beynəlxalq ictimaiyyəti aldatmaq yolunu tutmuş, işğal etdiyi torpaqlarımızı əlində qaytarmamağa, "status-kvo”nu saxlamağa yönəltmişdir. Ermənistanın riyakar davranışlarını müşahidə edən vətəndaşlarımızda belə bir yəqinlik vardı ki, torpaqlarımızın sülh yolu ilə düşməndən təmizlənməsi mümkün olmayacaq, Azərbaycan gec-tez məsələnin hərbi yolla həllinə qərar verəcəkdir. Prezident İlham Əliyev çıxışlarında xalqımızın məsələnin sülh yolu ilə həlli arzusunu bildirməklə yanaşı, səbrimizin sonsuz olmadığını dəfələrlə bəyan etmiş, əgər danışıqlar səmərə verməzsə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edəcəyini qətiyyətlə vurğulamışdır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinə hazırlıq, müharibənin aparılması və düşmənin təslim aktını imzalaması ilə başa çatması dövründəki gördüyü işlər ən yüksək tərifə layiq olmaqla bahəm, üstəlik ən mükəmməl nümunə və örnəkdir!

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin bu cür qətiyyəti, milli birliyimiz və ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsi qələbə ilə başa çatdı, işğalçı Ermənistan təslim olmağa məcbur edildi. Döyüş meydanında, diplomatiya sahəsində qazanılan qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi.

 

 

Mais Günəşli,

Salyan rayonu, gənc

 

İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Gündəm / Siyasət Aqiyə Naxçıvanlı: “Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir” Aqiyə Naxçıvanlı: “Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir” Siyasət Yeni reallıq və yaşanan çətinliklər Yeni reallıq və yaşanan çətinliklər Gündəm Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” Siyasət Səttar Möhbalıyev: “Bu gün Şuşada Türk dünyasının ən yeni tarixi yazılır” Səttar Möhbalıyev: “Bu gün Şuşada Türk dünyasının ən yeni tarixi yazılır” Siyasət