28-09-2021, 11:35 Oxunub: 2257

Yeni reallıq və yaşanan çətinliklər

Yeni reallıq və yaşanan çətinliklər

 

 

Azərbaycan müstəqilliyini elan etdikdən sonra özünün dünya miqyasında müstəqil siyasəti və iqtisadi dirçəlişi, mövcud resurslarının səmərəli istifadəsi ilə dünya iqtisadiyyatına inteqrasiya etməklə yeni reallıqlar ortaya qoydu. Bunların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda isə onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın inkişaf yolu heç də asan olmamışdır. Bu inkişafın qarşısını almaq və ya əngəlləmək məqsədilə hələ sovetlər birliyi dağılanda erməni daşnaqlarının siyasi dəstək alması və fəallaşması nəticəsində "Dağlıq Qarabağ” problemi yaradılmış, Azərbaycanın ərazi bütövlüyü pozulmuş və ətraf rayonlar da daxil olmaqla torpaqlarımız işğal olunmuşdur. Bir milyona yaxın qaçqın və köçkünlər isə xalqımızın ən ağır problemi kimi ortaya çıxmışdır.

Bütün bunların baş verdiyi məqamda Azərbaycan dövləti özünün müstəqil siyasətini düzgün qurmaqla, iqtisadi qüdrətini artırmaqla, güclü ordu yaratmaqla, beynəlxalq aləmdə yeni layihələr həyata keçirməklə özünü dünya birliyində təsdiqlədi və ərazimizin işğal olunmasını addım-addım düzgün siyasət aparmaqla beynəlxalq hüquq müstəvisində sübut etməyi bacardı. BMT-nin, ATƏT-in, Aİ-nın və bir sıra beynəlxalq qurumların səviyyəsində əməkdaşlıq etməklə ölkəmizin sülhsevər siyasəti göz qabağındadır.

BMT-nin qərarlarına məhəl qoyulmaması, ATƏT-in fəaliyyətinin heç bir nəticə verməməsi Azərbaycanı haqq işini beynəlxalq hüquq çərçivəsində həyata keçirməyə məcbur etdi. Bu istiqamətdə prinsipiallıq və qonşuluq prinsiplərinə hörmətlə yanaşmaqla təcavüzkar Ermənistanın məkrli siyasəti bütün sferalarda ifşa edildi.

Ermənistan isə öz məkrli siyasətini davam etdirərək müharibəyə hazırlaşdığını bildirməklə, Azərbaycanı yeni işqal olunacaq əraziləri ilə təhdid etdi. Və 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Türkiyə və Pakistannın siyasi dəstəyindən başqabeynəlxalq səviyyədə əksər dövlətlər, beynəlxalq qurumlar, ATƏT-in belə özü susdu. Artıq Azərbaycan xalqının səbr kasası daşdı. Ali Baş Komandanın rəhbərliyi, müzəffər xalqla dövlətin həmrəyliyi düşmənin məğlubedilməz sindromunu darmadağın etdi. 30 ilə yaxın həlli beynəlxalq səviyyədə mümkün olmayan problemi Azərbaycan 44 günlük müharibədə qazanılmış qələbə ilə aradan qaldıraraq yeni reallıqlar yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində dünya birliyi dövlətlərinə Azərbaycanın mövqeyini, yaratdığı reallıqları və bu zaman ortaya çıxan çətinlikləri öz məzmunlu çıxışı ilə tarixə yazdı. BMT məclisi üzvlərindən bu reallıqlara hörmətlə yanaşmalarını və çətinliklərin aradan qaldırılmasına kömək etmələrinə çağırış edərək Ermənistana mövqe bildirmələrini məqsədəmüvafiq hesab etdi.

Ermənistanda hökumət tərəfindən təsviq edilən Azərbaycanofobiya artmaqdadır. Faşist ideologiyası ölkədə hökm sürməkdə davam edir. 2016-cı ildə Ermənistanın ovaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılması ilə faşizm rejiminin rəsmiləşdirilməsini nümayiş etdirdi. Azərbaycan öz Qələbəsi ilə təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub etdi.

Azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarını tətbiq edərək quruculuq işlərini davam etdirir. Bütün bunlar Azərbaycanın öz maddi imkanları hesabına görülür. Təkcə 2021-ci il ərzində bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.

Bütün bunlarla yanaşı Azərbaycan dünyaya yeni reallıqları nümayiş etdirməklə, sülh tərəfdarı olduğunu bir daha göstərir. Sülh sazişi həm Azərbaycan, həm də Ermənistan üçün, eyni zamanda Cənubi Qafqaz ölkələri başda olmaqla, bölgədə böyük əhəmiyyət kəsb edir.

Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunuartıq bəyan edib. Lakin Ermənistandan müsbət reaksiya yoxdur. Nəqliyyat layihələri sülh və əməkdaşlığa xidmət edən ən mühüm sahələrdən biridir. Bu baxımdan Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

Zəfər qələbəsi ilə başa çatan Vətən müharibəsinin başlanmasından artıq bir il ötür. Bu bir il ərzində Ali Baş Komandan siyasi arenada gərgin fəaliyyəti ilə Azərbaycanın yaratdığı reallıqları dünyaya yüksək tribunalardan çıxış edərək təqdim etmişvə haqq və ədalətin qələbə çalacağına ümidvar olduğunu nümayiş etdirmişdir. Reallıqların yaranmasında, Qələbənin əldə olunmasında canını qurban verən şəhidlərimiz, səhhətini vətən yolunda itirən qazilərimiz, rəşadətli ordumuz, başda Müzəffər Ali Baş Komandanımız olmaqla dövlətlə xalqın həmrəyliyi əsas olmuşdur. Biz bundan sonra da bu birliyi möhkəmləndirməklə Azərbaycanın qüdrətlənməsi naminə ortaya çıxan çətinliklərin aradan qaldırılması yolunda da həmrəylik nümayiş etdirməliyik.

 

 

Gülşən Piriyeva,

Salyan şəhər 7 saylı məktəb-liseyin müəllimi,

Əməkdar müəllim

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür Gündəm / Siyasət İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Gündəm / Siyasət 15 İyun - Milli Qurtuluş Günü  - Azərbaycan Dövlətçiliyinin xilası günüdür 15 İyun - Milli Qurtuluş Günü - Azərbaycan Dövlətçiliyinin xilası günüdür Siyasət Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” Siyasət Səttar Möhbalıyev: “Azərbaycan Heydər Əliyevin fövqəlbəşər zəkasından əbədi bəhrələnəcək” Səttar Möhbalıyev: “Azərbaycan Heydər Əliyevin fövqəlbəşər zəkasından əbədi bəhrələnəcək” Siyasət