İdman
ÇOX OXUNANLAR
14-06-2021, 16:14 Oxunub: 62322
15 İyun - Milli Qurtuluş Günü - Azərbaycan Dövlətçiliyinin xilası günüdür
Azərbaycanın xilaskar oğlu, dahi şəxsiyyət Heydər Əliyev sadəcə olaraq 20-ci əsrin sonlarındakı Azərbaycanı yox olmaq təhlükəsindən qurtarmadı, eyni zamanda Azərbaycana özündən sonra layiqli davamçı bəxş edərək Azərbaycanın bugünkü və sabahkı təhlükəsizliyini təmin etdi. Ulu Öndər siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bunu deməyə əsas verir.
Azərbaycan tarixində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i dövlətimiz və xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu Öndər Heydər Əliyevin tarixi əhəmiyyət daşıyan xidmətləri nəticəsində əldə olunan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Əminliklə deyə bilərik ki, Azərbaycanın xilaskar oğlu, dahi şəxsiyyət Heydər Əliyevin yox olmaq təhlükəsindən qurtardığı Azərbaycan bu gün əmin əllərdədir, Ulu Öndər siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət bunu deməyə əsas verir.
Orxan Əliyev,
Göygöl rayon məhkəmə icrasının rəisi
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb