16-05-2021, 13:44 Oxunub: 2332

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə malikdir

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə  malikdir

 

 

Bəşər tarixində yaşamış elə xalqlar vardır ki, onlar tarix boyu öz qəhrəmanlıq salnamələri ilə fəxr edir, azad olunmuş torpağından, əldə edilmiş qənimətindən, qanını, canını vətən uğrunda qurban vermiş şəhidindən söz açanda böyük qürur hissi keçirirlər. Azərbaycan xalqının da indiki zaman kəsiyində fəxarətlə dilə gətirəcəyi cahangirlik tarixi və bu tarixi yazan Ali Baş Komandanı, canını vətən uğrunda fəda edən qeyrətli, mərd oğulları var.

2020-ci ildə - çox uzaq olmayan yaxın tarixdə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ ərazisinin və ətrafındakı 7 rayonun nəzarətini ələ ala bildi. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi ədalətin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik idi.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan Respublikasının işğalçı qüvvələri tərəfindən işğal olunması onun tarixi-mədəni irsinin məhv edilməsinə səbəb oldu. 29 il ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, fabrik dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.

Azərbaycanın mühüm mədəniyyət mərkəzi olan Şuşaya Ümumilli Lider Heydər Əliyev xüsusi qayğı ilə yanaşırdı. Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu Öndərin ən böyük hədəflərindən idi. Şuşa azad edilən zaman Ali Baş Komandan İlham Əliyev deyirdi: ”Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”

İndi dəyərli Prezidentimiz cənab İlham Əliyev Şuşa şəhərinin abadlaşdırılması, bütün dünyada mədəniyyət ocağı kimi tanınması yolunda islahatlar aparır, layihə işlərinə xüsusi baxış keçirir. Şuşaya ailəsi ilə birgə səfərlər təşkil edərək aparılan bərpa işlərinə nəzarət edir. Təsadüfi deyil ki, respublikamızın Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi Şuşa rayonuna təyin edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşanın Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təqdirəlayiq haldır.

Bu il bir çox layihələrlə yanaşı, Şuşada "Xarı bülbül” musiqi festivalı və "Vaqif” şeir günlərinin keçirilməsi, Füzulidə beynəlxalq hava limanının inşası nəzərdə tutulmuşdur. Hətta çox yaxın zamanda - 12 may tarixində "Xarı bülbül” festivalının keçirilməsi region üçün beynəlxalq əhəmiyyətli hadisə oldu.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu məqsədlərə bir-bir, siyasi ustalıqla addımladığını gördükcə Azərbaycan xalqı onunla fəxr edir, dərin hörmət və rəğbət hissi ilə ona güvənir.

 

Yeganə Cəfərova,

Salyan rayon Təhsil şöbəsi metodik kabinetin direktoru

Səttar Möhbalıyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti böyük tarixi nailiyyəti olacaq” Səttar Möhbalıyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti böyük tarixi nailiyyəti olacaq” Gündəm Zəngilanın işğalından 26 il ötür Zəngilanın işğalından 26 il ötür Gündəm / Siyasət Gürcü tarixçi: “Hərbi hissədə inşa edilən yeni tikili necə mədəni sərvət ola bilər?” Gürcü tarixçi: “Hərbi hissədə inşa edilən yeni tikili necə mədəni sərvət ola bilər?” Mədəniyyət Səttar Möhbalıyev: “Azərbaycan Heydər Əliyevin fövqəlbəşər zəkasından əbədi bəhrələnəcək” Səttar Möhbalıyev: “Azərbaycan Heydər Əliyevin fövqəlbəşər zəkasından əbədi bəhrələnəcək” Siyasət Prezident: Tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər Prezident: Tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər Gündəm / Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim