İdman
ÇOX OXUNANLAR
12-05-2021, 19:57 Oxunub: 2233
Səttar Möhbalıyev: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti böyük tarixi nailiyyəti olacaq”
"Bu gün məsuliyyətsiz və əsassız bəyanatlar verməklə özlərini erməni xalqının dostu kimi qələmə vermək istəyən dövlətlər əslində bu hərəkətləri ilə Ermənistanı daha böyük fəlakətə aparır, daha dərin uçuruma yuvarlayırlar. Bu çağırışlar qətiyyən Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına xidmət etmir və birmənalı olaraq regionda sabitliyin pozulmasına hesablanıb.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll etdikdən sonra regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan sonra ona verilən şansı düzgün dəyərləndirib, yaxud da dəyərləndirə bilməyəcəyi artıq bütünlüklə erməni xalqının iradəsindən və Ermənistan hökumətinin məsələyə konstruktiv yanaşmasından asılı olacaq: "Azərbaycan Prezidenti cənab İlham Əliyev əslində bu gün Ermənistana çox böyük bir şans verib. Ermənistan bu şansdan düzgün yararlanacağı təqdirdə iqtisadiyyatını inkişaf etdirə və xarici kapitaldan asılılığına son qoya bilər. Lakin təəssüflər olsun ki, bu ölkənin rəhbərliyində olanlar hələ də konstruktiv mövqe nümayiş etdirmirlər. Belə görünür ki, Ermənistan hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur. Əgər belə olmasaydı, Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri hələ də Şuşanın qaytarılması ilə bağlı cəfəng bəyanatlar verməz, revanşist fikirlər səsləndirməzdilər. Təbii ki, Ermənistanı buna təhrik edən xarici qüvvələrin də bu məsələdə təsiri yox deyil. O cümlədən Fransa və Kanada kimi ölkələrin xarici işlər nazirlikləri tərəfindən verilən bəyanatlar da Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması işinə böyük təhdiddir. Lakin bu ölkələr unudurlar ki, bu gün artıq 2020-ci il noyabrın 10-na qədərki dövr deyil və artıq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz. Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dediyi kimi, bu gün artıq Azərbaycanda nə Dağlıq Qarabağ münaqişəsi, nə də bu adda ərazi mövcud deyil və Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata keçirməklə məşğuldur. Ən qısa zamanda da Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi açılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.”
Daha sonra Səttar Möhbalıyev bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına may ayının 10-da baş tutmuş səfəri həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Millət vəkili vurğulayıb ki, Muxtar Respublikanın iqtisadi inkişafı və hərbi gücünün artması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından da böyük önəm daşıyan amildir: "Heç şübhəsiz Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə inkişaf edən bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə müşahidə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı da bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət başçımız həmin açılışlarda şəxsən iştirak edib. O cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb və bu yollar çox yüksək keyfiyyətlə tikilir. Bu gün Naxçıvanın sənaye potensialı sürətlə inkişaf edir. Muxtar Respublika son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord nəticələr əldə edib. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Həmçinin kənd təsərrüfatı ilə bağlı görülmüş tədbirlər də öz müsbət nəticəsini verir. Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Təbii ki, son illər ərzində xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Naxçıvanın müdafiəsi və hərbi potensialının gücləndirilməsidir. O cümlədən mayın 10-da dövlətimizin başçısı Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı mərasimlərində iştirak edib ki, Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi vardır. Məxsusi olaraq hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə hər zaman böyük diqqət göstərilib. O cümlədən möhtərəm Prezidentimizin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda Ümumqoşun Əlahiddə Ordusu yaradılıb və bu ordu ən müasir silah və texnika ilə təchiz edilib. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Beləliklə, Naxçıvanın hərbi potensialının yüksəldilməsinin həm respublikanın hüdudlarının müdafiə edilməsi, həm də ölkənin ümumi ordu potensialının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti vardır. Məhz buna görə də Naxçıvanın müdafiəsi və hərbi potensialının daha da gücləndirilməsi məsələsi daima ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanır.”
Müsahibəsinin sonunda Səttar Möhbalıyev bu gün ölkəmizdə bütün sahələrdə əldə olunan uğur və nailiyyətlərin əsasında bilavasitə Ulu Öndər Heydər Əliyevin ideyalarının durduğunu vurğulayaraq bunları deyib: "1993-cü ildə Ulu Öndərin müəllifi olduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu və müstəqilliyini təmin etdi. Ümummilli Lider real həyati təhlükələrə baxmayaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən sonra növbəti on il ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Birmənalı olaraq demək lazımdır ki, bu gün də Azərbaycanda bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbənin təməli də məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, ulu öndərin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq.”
AIA.Az
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb