İdman
ÇOX OXUNANLAR
29-03-2021, 18:11 Oxunub: 2233
Səttar Möhbalıyev: “COVAX vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasını təmin edə bilmir”
“Özünün xarici siyasətində də hər zaman birlik və həmrəyliyi təbliğ edən Azərbaycan COVİD-19-a qarşı vaksinlərin paylanması xüsusunda yenidən ikili standartlarla üz-üzə gəldi. 2020-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaradılan COVAX təsisatı vaksinlərin dünya dövlətləri arasında ədalətli və bərabər şəkildə paylanmasına görə məsul qurum olaraq öz vəzifələrinin icrasını təmin edə bilmir. Belə ki, bu qurum BMT-yə üzv olan 189 ölkəni vaksinlə ədalətli şəkildə təmin edəcəyini vəd etsə də, hazırda dünyada müşahidə olunan proseslər bu öhdəliyə düzgün əməl olunmadığını deməyə tam əsas verir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili ilk növbədə bildirib ki, Azərbaycan dövləti tərəfindən vaxtında görülən çevik, təxirəsalınmaz qabaqlayıcı tədbirlər COVID-19 pademiyasının daha geniş şəkildə yayılmasının qarşısını alıb: “Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pademiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər bu sahədə də Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Zamanında ölkədə xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı, pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olan ölkələr çətin durumda qaldı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdı. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri və Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizəni təqdir edib. Bununla yanaşı Azərbaycan pandemiya ilə mübarizədə digər dünya ölkələrinə də öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilib. Ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində indiyədək 30-dan çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Həmçinin ölkəmiz vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Lakin bütün bu qlobal fəaliyyətin müqabilində biz yenə də ikili standartlara məruz qoyuluruq. Əlbəttə ki, bu, son dərəcə arzuolunmaz və təəssüf doğuran bir haldır.”
Öz fikirlərini davam etdirən Səttar Möhbalıyev dünyada COVİD-19-a qarşı peyvəndlərin paylanması xüsusunda baş verənlərin gözlənilən olduğunu da vurğulayıb. Millət vəkilinin sözlərinə görə Prezident İlham Əliyevin çıxışlarında bu barədə vaxtında kifayət qədər xəbərdarlıqlar yer almışdı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ fevral ayınının 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bu məsələyə toxunaraq vaksinasiya ilə bağlı dünyada gedən proseslərin ciddi narahatlığa əsas verdiyini söyləmişdi. Artıq o zaman biz Böyük Britaniya tərəfindən dünyada vaksin defisiti yaradılması məqsədilə konkret addımların atıldığını müşahidə edirdik. Həmçinin Kanada dövləti də ölkə əhalisinə tələb olunandan 4 dəfə artıq vaksin sifariş etməklə öz müttəfiqinin cəhdlərinə dəstək vermişdi. Yaranmış vəziyyətdə dünyada çoxluq təşkil edən kasıb dövlətlərin əhalisinin həmin vaksinlərlə təmin olunmaları məsələsi böyük bir sual altına düşürdü. Möhtərəm Prezidentimiz də problemin məhz bu tərəfini əsas götürərək dünya dövlətlərinin liderlərinə açıq və net şəkildə vaksinlərin bölüşdürülməsi məsələsində ədalət prinsiplərinin gözlənilməsinə dair çağırış mesajı vermişdi. Bu gün dünyada müşahidə etdiyimiz proseslər də bu məsələdə Azərbaycan Prezidentinin nə qədər haqlı olduğunu bir daha təsdiq edir.”
Daha sonra AHİK sədri COVAX-ın Azərbaycan qarşısında öz öhdəliklərinə əməl etməməsini təəssüf doğuran bir hal olduğunu qeyd edib: “Çox təəssüflər olsun ki, bir çox beynəlxalq təsisatlar hələ də öz fəaliyyətlərində ikili standartlar siyasətindən əl çəkə bilmirlər. Məlumdur ki, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə ÜST tərəfindən yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Lakin bu gün biz görürük ki, COVAX Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Artıq kifayət qədər vaxtın keçməyinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksinlər təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta, bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Təbii ki, belə bəyanatlar bunu deməyə əsas verir ki, COVAX-ın yetərincə ciddi və etibarlı təsisat deyildir. Çünki fakt olaraq danmaq olmur ki, vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Bu da sözsüz ki, qəbuledilməz bir reallıqdır.”
aia.az
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb