İdman
ÇOX OXUNANLAR
29-03-2021, 12:00 Oxunub: 2350
Gürcü tarixçi: “Hərbi hissədə inşa edilən yeni tikili necə mədəni sərvət ola bilər?”
Erməni mətbuatı və Ermənistan Xarici İşlər Nazirliyi, İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş Azərbaycan torpaqlarında erməni mədəni dəyərlərinin guya məhv edilməsi məsələsini müzakirə etməyə davam edir.Buna nümunə olaraq, son günlərdə Cəbrayıl rayonunda hansısa tikilinin (kilsə deyil) sökülməsindən bəhs olunur.
Prezidentin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl “Twitter” səhifəsində xatırladıb ki, hələ 2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri Cəbrayılda qanunsuz tikilmiş kilsəyə baş çəkiblər.
“Onlar bu kilsənin əsgərlər üçün nəzərdə tutulan hərbi kompleksin ərazisində inşa edildiyi qənaətinə gəliblər. İşğal olunmuş torpaqların dini və mədəni identikliyini dəyişdirmək üçün həyata keçirilən istənilən cəhd qanunsuzdur”.
Bir müddət əvvəl Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etmiş gürcü tarixçi, professor Quram Marxuliya da Caliber.Az-a söhbəti zamanı bu fikirlə razılaşdığını bildirib.
“Hərbi hissədə inşa edilmiş tikili necə mədəni və tarixi irs hesab edilə bilər? Bu, sadəcə absurddur. Ümumiyyətlə, bu yeni tikili niyə Azərbaycanın işğal altındakı ərazisində peyda olub? Öz ölkələrində, Ermənistanda tikəydilər də.
Həqiqətən də Ermənilər 30 ilə yaxındır ki, işğal etdikləri Azərbaycan torpaqlarında dini və mədəni identikliyini dəyişdirməyə çalışaraq, bu torpaqların erməni əraziləri olduğunu sübut etməyə ümid ediblər. Məscidlər, abidələr, başdaşılar məhv edilib, amma tarixi kökündən silə bilmədilər və artıq bundan sonra da bunu etmək mümkün olmayacaq”, - deyə Q.Marxuliya fikrini tamamlayıb.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







