12-01-2021, 19:03 Oxunub: 2337

“Rusiya istəsə də, istəməsə də, Qarabağda Türkiyə ilə əməkdaşlıq edir” - Hərbi ekspert

“Rusiya istəsə də, istəməsə də, Qarabağda Türkiyə ilə əməkdaşlıq edir” - Hərbi ekspert


“İndi əsas məsələ əhalinin işğaldan azad olunmuş ərazilərdə məskunlaşmasıdır”.

Bu fikirləri Qanunvekrminal.az-a açıqlamasında Azərbaycanın Vətən Müharibəsindən sonra yaranmış vəziyyətdə atmalı olduğu addımları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, artıq Ermənistan siyasi dairələri də, xalqı da yaranmış reallığı qəbul etməkdən başqa yolun olmadığını anlayır:

“Ermənistanda bəzi siyasilər müxtəlif bəyanatlar verərək, nəyəsə ümid edirlər. Ancaq əsas məsələ odur ki, Azərbaycanın qələbəsi danılmaz faktdır. Təbii ki, Rusiya böyük dövlət olaraq, bu prosesə qoşulmalı idi. Bir çoxlarının dediyi kimi Rusiyanın Qarabağda olan 2 min əsgəri işğalçı qüvvə yox, sülhməramlı missiyanı yerinə yetirməli olan kontingentdir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin işinə baxsaq, onların fəaliyyətində neqativ yön tapmaq demək olar, mümkün deyil. DSX qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Bir dəfə də eşitməmişik ki, Rusiya hərbçiləri ilə DSX arasında hansısa bir anlaşılmazlıq olsun. Hər bir iş ortaya qoyulan sənədlər əsasında həllini tapır, sərhəd dəqiqləşdirilməsi aparılır. Azərbaycanın Sovet dövründən qəbul olunan sərhədləri tam şəkildə bərpa edilir.

Bəziləri deyir ki, bu, niyə tez baş vermir? 30 ilə yaxındır, sərhədlərin dəqiqləşdirilməsi aparılsa da, Gürcüstanla aramızda olan sərhədlərin hələ cəmi 60 faizi razılaşdırılıb. Söhbət min km-ə yaxın məsafədən gedir. Bunu başa düşmək lazımdır. Elə ev olur ki, yarısı Azərbaycan, yarısı isə Ermənistan tərəfə düşür, Azərbaycan belə hallarda qətiyyən güzəştə getmir.

Laçın dəhlizinə gəldikdə, o, adi yol deyil. Həmin dəhlizdə çox sayda soydaşımız, hətta vaxtilə sovet zabitləri də ermənilər tərəfindən öldürülüb. Dəhlizlə əlaqədar hamını narazı salan məsələlərdən biri də oradan erməni terrorçularının Qarabağa keçməsidir. Burada heç kimi yox, öz cavabdeh qurumlarımızı günahlandırıram. Digər dövlət qurumları da öz funksiyalarını DSX kimi yerinə yetirsələr, belə hallar yaranmaz.

İndi əsas məsələ əhalinin işğaldan azad olunmuş ərazilərdə məskunlaşmasıdır. Bunun üçün səbirli olmalıyıq. Əgər bu gün Kəlbəcərə Ağdərə yolundan gedə bilmiriksə, bu, bizim aidiyyatı qurumların günahıdır. Bu məsələni qısa müddətdə həll etmək olardı”.

Tərlan Eyvazov Rusiya ilə Türkiyənin Qarabağda sülhyaratma prosesində birgə iştirakına da toxunub:

“Görünən budur ki, Minsk qrupunun digər iki həmsədri qalıb kənarda, Rusiya isə yaranmış vəziyyətdə məsuliyyəti öz üzərinə götürməklə, mövqeyini gücləndirməyə çalışır. Bu da təbiidir. Eyni zamanda, Rusiya istəsə də, istəməsə də, Qarabağda sülhyaratma prosesində Türkiyə ilə əməkdaşlıq edir”.
Niyə Türkiyə ilə Azərbaycan birlikdə HƏRƏKƏT EDƏ BİLMİR - SƏBƏB Niyə Türkiyə ilə Azərbaycan birlikdə HƏRƏKƏT EDƏ BİLMİR - SƏBƏB Gündəm / Siyasət Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL Gündəm / Dünya Danışıqlar öncəsi təxribatlarda NİYƏ RUS ƏLİ AXTARILIR? Danışıqlar öncəsi təxribatlarda NİYƏ RUS ƏLİ AXTARILIR? Gündəm / Siyasət Paşinyanın oğlunu Qarabağda döydülər Paşinyanın oğlunu Qarabağda döydülər Gündəm / Dünya “5 milyarda 5 rayon razılaşdırılıb” – Rusiya mediasından SENSASİON İDDİA “5 milyarda 5 rayon razılaşdırılıb” – Rusiya mediasından SENSASİON İDDİA Gündəm / Dünya
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim