İdman
ÇOX OXUNANLAR
11-06-2020, 20:15 Oxunub: 2299
hacı
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Qurtuluş-93" yaşayış kompleksinin sahibi Hacı Məhərrəm Novruzovdur .
Hacı Məhərrəm Novruzov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Hacı Məhərrəm Novruzov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ona etibar edilən bütün işlərdə Hacı Məhərrəm Novruzov özünü doğruldub. Bizdə hörmətli Hacı Məhərrəm Novruzova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
"Qurtuluş-93" yaşayış kompleksinin sahibi Hacı Məhərrəm Novruzov - Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.Xalqımız ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixlərdən birini, 15 İyun – Milli Qurtuluş Gününü növbəti dəfə məhz onun azadlıq ideallarının işığında, müstəqil dövlətin vətəndaşlıq qüruru və fərəhi ilə qeyd edir.
Ulu Öndərin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanıb, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunub. Bu mənada Azərbaycanın 1969-2003-cü illəri əhatə edən bir qərinəlik dövlətçilik tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun milli qurtuluş fəlsəfəsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Onun siyasətçi ömrünün unikal xüsusiyyəti bundan ibarətdir ki, dünya tarixində ən ziddiyyətli yüzillik olan XX əsrdə hələ ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində ikən, onu durğunluqdan və böhrandan qurtararaq, müstəqil Azərbaycan dövlətinin yaranması üçün mühüm amil kəsb edən sosial-iqtisadi potensialı formalaşdırdı. 1970-1985-ci illər respublikamızda baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın milli mənlik şüurunun, maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub.
1993-cü ildə Azərbaycanı yenidən böhrandan və vətəndaş müharibəsindən xilas edən Ümummilli Lider müstəqil Azərbaycan Respublikasının qurucusu zirvəsinə yüksəldi. Onun siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, demokratik, hüquqi norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin öncül istiqamətləri müəyyənləşdirildi, uğurlu xarici siyasət konsepsiyası işlənib hazırlandı, dayanıqlı daxili sabitlik bərqərar oldu, müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi milli və ümumbəşəri dəyərlərin sintezindən ibarət Azərbaycançılıq ideologiyasının əsası qoyuldu.
Ümummilli lider Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsinin bu sadalanan cəhətləri ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm əsasları təşkil edib. Tamamilə qanunauyğundur ki, artıq Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində son 16 ildə də Azərbaycan Prezident İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir, onu zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirir. Bu illər ərzində ölkəmizdə ümumi daxili məhsulun 3,2 dəfədən çox artması, strateji valyuta ehtiyatlarının təkcə bu ilin ötən ayları ərzində 2,6 milyard dollar artaraq 47,5 milyard dollara çatması, ölkəmizdə sahibkarlıq subyektlərinin 4 dəfədən çox artması, on minlərlə kilometr qaz, içməli su xəttinin, avtomobil yollarının çəkilməsi, 30 elektrik stansiyasının tikilməsi, 2 milyondan artıq yeni iş yerinin yaradılması və sair bu kimi sosial-iqtisadi tədbirlər Azərbaycanın dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasında 35-ci yerdə olmasını şərtləndirib. Ölkəmiz elmə, mədəniyyətə, təhsilə və idmana böyük diqqət yetirən dövlət kimi şöhrət qazanıb, Azərbaycan idman, turizm və multikultural dəyərlər ölkəsi kimi özünü dünya miqyasında təsdiqləyib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq neft-qaz layihələri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin dünya enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat sistemində nüfuzlu aktor kimi əhəmiyyətini şərtləndirib. Həmçinin Azərbaycan kosmik dövlətə çevrilib.
“Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatında fəal iştirakı, 2019-cu ilin oktyabrında XVIII Zirvə Görüşünün Bakıda keçirilməsinin planlaşdırılması və növbəti üç ildə Azərbaycanın bu nəhəng beynəlxalq təşkilata rəhbərlik etməsi perspektivi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu, yerini və rolunu təmin edir”, Bütün bu sadalananlar ölkəmizin Milli Qurtuluş Günündən ötən 27 il ərzindəki uğurlarının yalnız bir hissəsidir. Lakin təkcə bunlar kifayət edir ki, Milli Qurtuluş Günündən başlayan zəfər tarixinin möhtəşəmliyi göz önündə canlansın, məhz həmin tarixi günün ölkəmizin müstəqilliyinin əbədiliyinin təmin edilməsində dönüş nöqtəsi olduğuna şübhə qalmasın. Bu baxımdan qətiyyətlə demək olar ki, Ümummilli Liderimizin adı və siyasi fəaliyyəti ilə bağlı olan Milli Qurtuluş Günü Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır.

XƏBƏR LENTİ
13:37 | Gürcüstanda bu turizm obyektləri bağlandı 13:33 | Britaniyada həbsxanaya dron hücumu olub 13:29 | KİV: Maduro və həyat yoldaşı reper P.Diddi ilə eyni təcridxanada saxlanılırlar 13:25 | Maduro Nyu-Yorkda istintaq təcridxanasına gətirilib 13:19 | Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" 13:52 | Deputatın şirkəti “Pişik Günel”ə ev verib-Video 12:15 | Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar 12:11 | “ADORE”də saxta ətir satılır? 12:08 | Polis gücləndirilmiş rejimdə xidmət aparır 12:05 | Gənclər Mərkəzi necə şadlıq evinə çevrilib? – İmişlidə şok iddialar/VİDEO 11:58 | "The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq" 11:51 | İranda genişmiqyaslı etirazlar: Tramp ABŞ-ın müdaxiləyə hazır olduğunu bildirdi 11:47 | Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər (SİYAHI) 16:33 | Sumqayıtda növbəti qanunsuz tikinti: MƏMUR HİMAYƏSİ ŞÜBHƏLİ-FOTOLAR 14:24 | Abşeronun Məmmədli kəndində qanunsuz tikinti iddiaları: qurumlar susur 13:36 | “Çıxış Yolu”nun işıqlı üzü – Nuranə Gülər doğum gününüz mübarək!