İdman
ÇOX OXUNANLAR
29-10-2019, 17:11 Oxunub: 2414
"Qızlar öz ixtiyarları ilə AİLƏ qura bilərlər" – Hacı Şahin 13 yaşlı qızın ərə verilməsindən danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını özünün olduğu dini qruplaşmadan birinə ərə verməsi ilə bağlı məlumatlar yayılıb. Maraqlıdır, bir insanın hansı dini təriqətə mənsubluğunu kənəra qoysaq və islam dininin mövqeyindən yanaşsaq bir at tərəfindən qızcığza qarşı belə bir hərəkətin edilməsi nə dərəcədə doğrudur?
Məsələyə münasibət bildirmək üçün Sonxeber.az azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahinin fikirlərini öyrənib:
"Bu kimi hərəkətlər dinə, dinin mahiyyətinə, azadlığına ziddir. İlahi dinin hömkünə əsasən qızlar öz ixtiyarları ilə ailə qura bilərlər".
Din xadimi qızları zorla kimləsə ailə qurmağa vadar etməyi dini nöqteyi nəzərdən kökündən yalnış hesab etdiyini deyib. Yəni bu işdə qızın özünün razılığı, ixtiyarı olmalıdır və bu ixtiyarı da dinimiz tanıyır, təsdiq edir:
"İslam dini doğulan vaxt yarımvəhşi vəziyyətdə yaşıyan bir cəmiyyətdə qızları diri-diri bastıran zaman peyğəmbərimiz öz qızını və digərlərini də yalnız öz razılığı ilə ailə qurmasını vacib bilib. Yəni peyğımbərimiz bu qaydaları islama gətirib. Bu kimi təriqətlərin islama hər hansı bir aidiyyatı yoxdur. Ümumiyyətlə insanın cinsi mənsubiyyətinə görə istismara məruz qalması ilahi dəyərlərə və bütün dövlətlərin qanunvericiliyinə ziddir. Belə halların müasir cəmiyyətdə baş verməsi yolverilməzdir".
Hacı Şahin müxtəlif təriqətlər və cərəyanların din adından çıxış etdiyini deyərək onların Şərqdə hansı zorakılıqlar törətdiyinin şahidi olduğumuzu da əyani sübüt kimi dilə gətirib:
"Dünyanın müxtəlif yerlərində bu kimi təriqətlər mövcuddur. Azərbaycanda bu kimi təriqətlərin sosial bazası yoxdur. Ola bilər, məhdud sayda hansısa qruplar olsun, amma Azərbaycan qanunvericiliyi ilə də bu kimi təriqətlərin fəaliyyəti qadağandır. Onlar dini, milli , irqi ayri- seçkiləri salır və yaxud da belə zorakılıq hallarına yol verir. Bunlar dinə zidd olmaqla yanaşı, dinimizin ana kitabı olan Qurana zidddir".
Azərbaycanlı din xadimi həmçinin həmin yaşda qızların təhsildən yayındırlıması məsələsinə də aydınlıq gətirib. O vurğulayıb ki, din insanların təhsil almasını vacib məsələ kimi dəyərləndirir və bunun qızların təhsildən məhrum edilməsində heç bir əsası yoxdur :
"Hədislərdə qeyd olunur ki, sizdən istər kişi olsun, istər qadın elm öyrənmək hər birinizə lazımdır. Elm öyrənmək kişilər qədər qadınlara da vacibdir və burda hər hansı bir ayrı- seçkilik salmaq qətiyyən yol verilməzidir".
Qeyd edək ki, bir qadın Xəzər telekanalında yayımlanan " Səni axtarıram" verilşinə yoldaşının 5 ildir radikal dini qruplaşmaya qoşulduğunu və 13 yaşlı qızının həmin dini qruplaşmadan birinə ərə veriləcəyi ilə bağlı müraciət edərək kömək istəyib.
Şəlalə Babayeva
XƏBƏR LENTİ
11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur 11:38 | Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək 11:03 | Tehrana gedən körpü bombalandı 10:57 | Avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq 17:47 | Mayda 14 gün iş olmayacaq - TƏQVİM 17:35 | Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq? 17:33 | 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür 15:26 | Mehman Qəhrəmanov: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixi həqiqətlərin unudulmayan ağrısı 11:40 | İşıqsız qalmalarına etiraz edərək küçələrə çıxdılar 11:36 | Sabahdan məktəblərdə dərslər başlayır 11:22 | Bayramdan qayıdan sürücülərə müraciət 11:17 | Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir 10:49 | Paşinyan yenidən Baş nazir postuna namizədi oldu 10:12 | “O halda görüşməyə utanırdı” 10:06 | Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir



















