İdman
ÇOX OXUNANLAR
11-10-2019, 18:11 Oxunub: 2406
"Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qadınları təhqir edib. O, bildirib ki, son dövrlər qadınlar yataq otağında oturub, lüt 10-100 kişiyə özünün reportajını göstərir: "Qadının ana, nənə, bacı, həyat yoldaşı kimi 4 funksiyası var. İslam dini qadının boşanmasını zina hesab edir. Qadın boşanan kimi ərə gedəcəyini bilsə, gündə bir ər dəyişəcək. Ona görə də İsa Peyğəmbər bildirib ki, boşanmış qadını almaq özü zinadır".
Bununla bağlı Sonxeber.az-a açıqlama verən İlahiyyatçı alim Əkrəm Həsənov bildirib ki, bizim cəmiyyətdə problemli mövzular çoxdur:
"Ən böyük yaralı yerimiz qadınlarla bağlıdır. Bəzi insanlar qadınları ikinci dərəcəli sinif hesab edirlər. Sərdar Cəlaloğlu da bu baxımdan yanaşır məsələyə ki, qadın da kişi kimi eyni hüquqlara sahib olmalıdır. Kişi kimi əsgərə gedib, onun kimi işləyib çalışmalıdır. Bu məsələdə qadının qul kimi işlədilməsi də nəzərdə tutulur. Amma bizim milli mənəvi dəyərlərimiz, dinimiz qadına xüsusi hörmət göstərir, onun məqamını yüksək tutur. Çünki, milli-mənəvi dəyərlərimizdə qadın anadır, cənnətə layiq bir varlıqdır. Qadın bacıdır. Bacı evin, ailənin xoşbəxtlik çırağıdır. Qadın həyat yoldaşıdır. Həyat yoldaşı kişinin dəyəridir, şərəfidir, qürurudur. Kişilər qadınlarsız heç vaxt həyat sürə bilməzlər. Qadının üzərinə kişidən daha çox yük düşür. Çünki, qadın bətnində övlad daşıyır, dünyaya insan gətirir, bunu kişilər etmirlər. Bir sözlə milli-mənəvi dəyərlərimizdə qadına yüksək qiymət verilir və varlığı olmasa dünya düzəni pozular. O ki, qaldı qadın əgər hər hansısa bir səbəbdən boşanıbsa, dinimizdə onun yenidən ərə getməsinə icazə verilir. Məhz bu baxımdan da islam dini qadınları qoruma altına almışdır. Çünki, boşanmış qadın həyatda tək əziyət çəkər, müəyyən problemlər yaşayar, ancaq dinimiz icazə verir ki, qadın ərə gedə bilər. Məhz ona görə qeyd edirəm ki, problemli mövzudur, çünki, cəmiyyətimiz dini məsələlərin mahiyətini dərk etmirlər".
Əkrəm Həsənov vurğulayıb ki, bəzi kişilər həyat yoldaşları olmasına baxmayaraq, bu və digər şəkildə qadınlarla müxtəlif münasibətlər qururlar, gizlin yaxınlıq edirlər. Cəmiyyət, müasir gənclik və xüsusi ilə qadınlar heç vaxt razı olmazlar ki, öz həyat yoldaşı ikinci dəfə hər hansısa boşanmış bir qadını alsın. Ola bilər ki, Sərdar Cəlaloğlu da cəmiyətin anladığını demək istəyib. İslam dini boşanmış qadını almaqla bu məsələyə rahatlıq gətirib. Yəni, boşanmış qadın ərə gedə bilər, buna dinimizdə icazə verilir. Ancaq bəzi insanlar bununla razılaşmırlar və bu məsələyə mənfi baxırlar. Hətta Sovet dövrünün anlayışı ilə yaşayanlar bunu eyib hesab edirlər. Halbuki, boşanmış kişi digər bir boşanmış qadını ala bilər. Dinimizdə subay kişinin də boşanmış qadını almasına icazə verilir. Ancaq subay kişiyə subay qadın alması tövsiyə edilir. Bir sözlə boşanmış qadınla ailə qurmaq şəriətin ölçüləri səviyəsində haram deyil və zina sayılmır .Sərdar Cəlaloğlu siyasət elmini yaxşı bilər, ama hər dəfə dini məsələlərdə yanlışlığa yol verir. Xüsusi ilə onun boşanmış qadını almağı zina hesab etməsi dini bilgisizliyini göstərir. Çünki, Məhəmməd peyğəmbər də boşanmış qadınlarla evlənib. Onun sözündən belə çıxır ki, Məhəmməd peyğımbər və ya ya başqa islamda olan tarixi şəxsiyətlər boşanmış qadını almaqla zina edib. Həm də "Qurani Kərim"də və hədislərdə boşanmayla bağlı mövzu geniş işlənib".
XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










