İdman
ÇOX OXUNANLAR
15-06-2021, 18:36 Oxunub: 42302
Səttar Möhbalıyev: “Bu gün Şuşada Türk dünyasının ən yeni tarixi yazılır”

"Adətən bir xalqın, bir ölkənin taleyində xüsusi əhəmiyyət kəsb edən əlamətdar günləri tarixi gün adlandırırlar. Necə ki, iyun ayının 15-i Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən tarixi günlərdən biridir. 28 il bundan əvvəl, 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Artıq 25 ildir ki, Azərbaycan xalqı bu günü ümumxalq bayramı olaraq böyük təntənə ilə qeyd edir. Lakin bundan sonra, gələcək nəsillər iyunun 15-ni yalnız bir tarixi gün kimi deyil, həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıc nöqtəsi kimi də qeyd edəcəklər. Bu gün, 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada sözün əsl mənasında tarix yazırlar.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili vurğulayıb ki, Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə oluğunun ən bariz göstəricilərindən biridir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri həqiqətən də həm ölkələrimiz üçün, həm də bütün Türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Nəzərə alsaq ki, Prezident Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər edir, bu zaman səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını əminliklə demək olar. Heç şübhəsiz Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfəri isə Azərbaycanın arxasında qardaş ölkənin timsalında belə bir böyük gücün durduğunun və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu. Səfərin məhz 15 iyun tarixində baş tutmasını isə bu mübarək günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna dair bir işarə kimi qəbul etmək lazımdır. Ulu öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün Türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir.”
Daha sonra Səttar Möhbalıyev öz açıqlamasında Azərbaycan və Türkiyə arasında imzalanacaq sənədlərin əhəmiyyətindən danışaraq bunları deyib: "Azərbaycan və Türkiyə münasibətləri daim inkişaf edir, möhkəmlənir. Artıq xəbər verildiyi kimi, Prezident Ərdoğanın Şuşaya səfəri zamanı da dövlətlərimiz arasında vacib sənədlər imzalanacaq. Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq tamamilə yeni bir mərhələyə keçid almışdır. Heç şübhəsiz imzalanacaq sənədlər də bu tərəfdaşlığın artıq hüquqi əsaslar üzərində bazasının yaradılmasına xidmət edəcək. Bir sözlə, Azərbaycan və Türkiyə Prezidentləri bu gün Şuşada həmin sənədləri imzalamaqla yeni tarix yazırlar və bu tarix bütün Türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artması ilə əlamətdar olacaq.”
aia.az
XƏBƏR LENTİ
13:37 | Gürcüstanda bu turizm obyektləri bağlandı 13:33 | Britaniyada həbsxanaya dron hücumu olub 13:29 | KİV: Maduro və həyat yoldaşı reper P.Diddi ilə eyni təcridxanada saxlanılırlar 13:25 | Maduro Nyu-Yorkda istintaq təcridxanasına gətirilib 13:19 | Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" 13:52 | Deputatın şirkəti “Pişik Günel”ə ev verib-Video 12:15 | Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar 12:11 | “ADORE”də saxta ətir satılır? 12:08 | Polis gücləndirilmiş rejimdə xidmət aparır 12:05 | Gənclər Mərkəzi necə şadlıq evinə çevrilib? – İmişlidə şok iddialar/VİDEO 11:58 | "The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq" 11:51 | İranda genişmiqyaslı etirazlar: Tramp ABŞ-ın müdaxiləyə hazır olduğunu bildirdi 11:47 | Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər (SİYAHI) 16:33 | Sumqayıtda növbəti qanunsuz tikinti: MƏMUR HİMAYƏSİ ŞÜBHƏLİ-FOTOLAR 14:24 | Abşeronun Məmmədli kəndində qanunsuz tikinti iddiaları: qurumlar susur 13:36 | “Çıxış Yolu”nun işıqlı üzü – Nuranə Gülər doğum gününüz mübarək!



















