8-08-2022, 11:19 Oxunub: 2276

Ermənilər son sutkada atəşkəsi 10 dəfə pozdu

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ordumuzun mövqeləri yenə atəşə tutuldu Ordumuzun mövqeləri yenə atəşə tutuldu Siyasət Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozdu Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozdu Gündəm / Siyasət Ordumuzun mövqeləri sutka ərzində 24 dəfə atəşə tutulub Ordumuzun mövqeləri sutka ərzində 24 dəfə atəşə tutulub Hadisə Atəşkəsi snayperlər pozdu - Cəbhədən XƏBƏR VAR Atəşkəsi snayperlər pozdu - Cəbhədən XƏBƏR VAR Gündəm / Siyasət Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!” Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim