İdman
ÇOX OXUNANLAR
21-08-2021, 16:33 Oxunub: 2256
Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!”

"Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır. Digər tərəfdən də, bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisi kimi çıxış edir. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər isə iqtisadi əhəmiyyəti ilə bərabər, həm də böyük siyasi önəm kəsb edir. Dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına etdikləri tarixi səfər də həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyırdı. K. Qafarovun sözlərinə görə, Ermənistan rəhbərliyinin hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması, Azərbaycan-Ermənistan sərhəddində təxribatlara yol verilməsi, ara-sıra eşidilən təhdid xarakterli bəyanatlar bunu deməyə əsas verir ki, revanşist əhval-ruhiyəli qüvvələr hələ də Ermənistanda müəyyən mövqelərə sahibdir. Bu qüvvələr özləri ilə bərabər bütün ölkəni və və erməni xalqını yeni fəlakətlərə doğru sürükləməkdə davam edirlər. Əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Lakin əgər Ermənistanın daxilində gedən proseslər hər hansı bir formada Azərbaycanın maraqları ilə ziddiyyət yaradarsa, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir şəkildə təhdid əlamətləri ortaya çıxarsa, o zaman Azərbaycan buna dərhal adekvat reaksiya verəcək.”
Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxış və müsahibələrində, o cümlədən Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində etdiyi çıxışında da bunu dəfələrlə vurğulayıb. Möhtərəm Prezidentimiz səfər zamanı Basarkeçər-Kəlbəcər yolunda olarkən bu sözləri dedi: "Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşlar. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, onlar da deportasiyaya məruz qalmışlar.
Ermənilər bilməlidirlər ki, onlar bu gün məşhur atalar sözündə deyildiyi kimi, gəmidə oturub gəmiçi ilə dava edən sərnişin statusundadırlar. Onlar anlamalıdırlar ki, Ermənistan adlandırdıqları ölkə, ümumiyyətlə, bircə qarış belə olsun tarixi ərazilərə sahib deyil.
Kamaləddin Qafarov dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində baş tutan açılışların və təməlqoyma mərasimlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirildiyinin göstəricisi olduğunu vurğulayaraq demişdir: "Kəlbəcər və Laçın rayonlarına səfər çərçivəsində ölkə Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometrdir. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilmişdir.
Dövlət başçının Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində iştirak etdiyi ən önəmli təməlqoyma mərasimi, Laçın rayonu Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının ərazisində oldu. Sözsüz ki, burada aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Eyni zamanda, Laçın hava limanının inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin həqiqətən də böyük miqyasa malik olduğunu göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu iri logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı ucbatından bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa Azərbaycan Prezidenti tərəfindən ciddi şəkildə nəzarət olunur.”
AİA.Az
XƏBƏR LENTİ
14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş… 14:09 | İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov 18:31 | Təbrik edirik! 11:19 | Şərəfli ömür yolu 09:38 | Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı 09:35 | Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO 22:54 | Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa… - TƏFƏRRÜAT 22:51 | PƏNCƏRƏLƏR 10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR