İdman
ÇOX OXUNANLAR
17-08-2021, 16:10 Oxunub: 2215
Səttar Möhbalıyev: “Cənab Prezidentin səfəri göstərdi ki, Kəlbəcər və Laçının parlaq gələcəyi uzaqda deyil”
"Cənab Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə şəxsən özü nəzarət edir. Mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülən işlərlərin gedişi ilə maraqlanır, yeni infrastruktur layihələrinin təməlini qoyur. Bu, cənab Prezidentin işğaldan azad olunan ərazilərimizə nə qədər önəm verdiyinin təzahürüdür”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, dövlət başçımızın hər dəfə işğaldan azad olunan ərazilərimizə səfərləri xalqımız üçün yeni müjdələrdən xəbər verir: "Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı dövlət başçımızın Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin, həmçinin Laçın Beynəlxalq Hava Limanının təməllərini qoyması, eyni zamanda "Kəlbəcər” yarımstansiyasının açılışını etməsi kompleks şəkildə görülən işlərin əhəmiyyətini və miqyasını göstərir. Çətin keçilən relyefə malik ərazilərimizdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman və böyük məbləğdə maliyyə vəsaiti tələb etsədə, görürük ki, dövlətimiz bunların öhdəsindən ləyaqətlə gəlir. Mən həm də bir iqtisadçı kimi, müsahibələrimdə Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu bildirimişəm. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Bir fakta diqqət çəkmək istəyirəm. Biz hələ də tam sovuşmayan pandemiya şəraitində yaşayırıq. Bilirik ki, pandemiya bütün dövlətlərin iqtisadi əsaslarını laxlatdı, sosial vəziyyəti ağırlaşdırdı. Həm də biz müharibədən çıxmış bir dövlətik. Müharibə aparmaq və bu muharibədə qalib gəlmək həmçinin böyük iqtisadi güc tələb edir. Azərbaycan iqtisadiyyatı hər iki sınaqdan üzüağ çıxdı. Eyni zamanda müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlanması dediklərimizi bir daha təsdiq edir. Hamıya məlumdur ki, bütün bu uğurların önündə cənab Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti dayanır”.
"Heç vaxt öz torpaqları, əraziləri olmayan indiki Ermənistan qədim Azərbaycan torpaqlarında yaradılıb. Qurama, süni bir dövlətdir. Tarixə nəzər salsaq, görərik ki, Ermənistanın mövcud olduğu ərazilərin adları Azərbaycan adlarıdır. Kəlbəcərdə səfərdə olarkən cənab Prezident bu məsələyə toxundu. Bildirdi ki, həmin ərazilərin adları sonradan dəyişdirilib, erməni adları verilib. Ermənilərin Vardenis adlandırdığı rayon əslində qədim Azərbaycan torpağı Basarkeçərdir, Göyçə mahalının tərkibindədir. Dövlət başçısı çox əhəmiyyətli bir təşəbbüs irəli sürdü. Vurğuladı ki, biz indiki Ermənistan ərazisində qalan torpaqlarımızı əsl adı ilə adlandırmalıyıq. Həqiqətən də, bu, çox vacib və strateji bir məsələdir. Biz öz tariximizə sahib çıxan xalqıq. Bu da bizim tarixi haqqımızdır. Gələcək nəsillər də bunu bilməlidir ki, Ermənistan dövləti qədim Azərbaycan torpaqlarında quraşdırılıb. Xislətlərində işğalçılıq meyilləri buradan qaynaqlanır. Amma Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu, həmçinin xalqımızın bir yumruq kimi nümayiş etdirdiyi sarsılmaz birlik bir də çətin yadlarına düşə biləcək işğal arzularını alt-üst etdi”, - Milli Məclisin deputatı vurğulayıb.
"İşğal dövründə ermənilər Basarkeçərdən Kəlbəcərə Laçın dəhlizinə alternativ yol çəkəndə biz buna ciddi etiraz etdik, daxilimizdə bir narahatlıq var idi. Axı bu ərazilər bizimdir. İkili standartlardan çıxış edən beynəlxalq və regional təşkilatlar, həmçinin münaqişənin həlli ilə məşğul olan Minsk qrupu buna göz yumdu. Onlar digər yollar da çəkmək niyyətində idilər, qanunsuz məskunlaşma da həyata keçirirdilər. "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, - deyən cənab Prezidentin böyük məharətlə hazırladığı və uğurla tətbiq etdiyi strategiyası nəticəsində bu yoldan bu gün biz istifadə edirik. Dağıtdıqları şəhərləri, kəndləri bərpa edirik. Oraya qayıdacaq sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılır. Təbii ki, həmin ərazilərə turist axını da çox olacaq. Kəlbəcərin, həmçinin işğaldan azad edilmiş digər ərazilərimizin turizm imkanları çox genişdir. Bu istiqamətdə də kompleksi işlər görülür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Bundan öncə isə Füzuli və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisinə başlanıldı. Bölgənin işıqlı gələcəyinə rəng qatacaq bu cür layihələr ümumilikdə ölkəmizin hərtərəfli inkişafına töhfə vermiş olacaq”, - S.Möhbalıyev qeyd edib.
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb