29-08-2022, 10:09 Oxunub: 2267

Ağdaşda narkotik becərib-satanlar saxlanıldılar - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı yaşadıqları evlərin həyətyanı sahəsində və çöllük ərazidə narkotik tərkibli bitkilər becərən dörd nəfər rayon sakini - Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə - saxlanılıb.

Onlardan ümumi çəkisi 80 kiloqram olan 50 ədəd çətənə kolu, eləcə də Həmid Bilalzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb. Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha yeddi nəfər – psixotrop maddələrin satışı ilə məşğul olan Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev, Sərxan Abdurəhimov, Əmirxan Sadıqov, Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov - şübhəli şəxs qismində saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

100 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb 100 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb Kriminal Nərimanov rayonunda xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən 7 nəfər saxlanılıb Nərimanov rayonunda xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən 7 nəfər saxlanılıb Kriminal Qubada 4,2 ton çətənə kolu aşkar edilib - FOTO Qubada 4,2 ton çətənə kolu aşkar edilib - FOTO Gündəm / Hadisə “Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - VİDEO “Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - VİDEO Hadisə Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM Gündəm / Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim